Qarabağda yeni reallıqlar xarici diplomatlara nümayiş etdirildi

Xarici diplomatların Qarabağa səfəri bölgədə formalaşmış yeni reallıqların təqdim olunması baxımından mühüm addım kimi qiymətləndirilir. Nümayəndələr ərazidə həyata keçirilən müxtəlif layihələrlə tanış olublar.
Bərpa prosesinin əsas istiqamətlərinə yolların və kommunikasiya xətlərinin qurulması, yaşayış məntəqələrinin yenidən salınması və sosial obyektlərin yaradılması daxildir. Bu layihələr bölgənin uzunmüddətli inkişafına hesablanıb.
Diplomatik nümayəndələrin səfərləri Azərbaycanın regionla bağlı mövqeyinin birbaşa təqdim edilməsinə imkan verir. Eyni zamanda xarici diplomatlar müxtəlif məsələlər üzrə məlumatları yerində əldə etmək imkanı qazanırlar.
Tofiqə Qurbanova,
YAP Nizami rayon təşkilatının “Məmmədəli Şərifli küçəsi, 24/12” ərazi partiya təşkilatının sədr müavini



