Analitika

Qarabağ və Şərqi Zəngəzur bu gün böyük tikinti meydançasına çevrilmişdir

Tarixi abidələr xalqın milli-mədəni irsini bu gündən sabaha daşıyan şahidlərdir. İşğal altında olan torpaqlarımızın mənfur düşməndən azad olunması ilə bütün dünya erməni işğalçıları tərəfindən cənnət Qarabağın məqsədli şəkildə xarabalığa çevrilməsini, vandalizmə məruz qalmasını, dini-tarixi abidələrimizin təhqir olunaraq dağıdılmasının şahidi oldu. Otuz il davam edən işğal dövründə Azərbaycanın 9 şəhəri və yüzlərlə kəndi yer üzündən silinmiş, onlardan əsər-əlamət belə qalmamışdır.

Prezident, Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə qüdrətli Azərbaycan Ordusunun qazandığı tarixi Zəfərdən sonra azad edilmiş torpaqlarımızın bərpası qarşıya qoyulmuş əsas hədəfimiz, əsas məqsədimizdir.  Bugün Qarabağ bölgəsində aparılan yenidənqurma və bərpa işlərinə xüsusi diqqətin yetirilməsi tariximizə və mənəvi varlığımıza dərin bağlılığın göstəricisi və əsl vətənpərvərlik nümunəsidir. Cənab Prezident İlham Əliyevin dediyi kimi, biz “Böyük qayıdış”ın astanasındayıq. Qısa müddət ərzində Qarabağda yeni layihələrin yaradılması və icra olunmasının şahidi oluruq. Ümumiyyətlə prezidentimizin Azərbaycanın işğaldan azad edilmiş ərazilərə həyatı qaytarmaqla bağlı planları genişdir.

Bu gün Qarabağın zümrüd qaşı hesab olunan Şuşa yenidən qurulur, ona istəyimizə uyğun və yaraşan yeni həyat, yeni nəfəs verilir: təməlqoyma mərasimləri, bir sıra sosialyönümlü obyektlərin açılışı. Dövlət başçımızın və birinci xanımın Azərbaycan ədəbiyyatının və incəsənətinin görkımli nümayəndələri, Molla Pənah Vaqifin büstü və məqbərəsinin, Bübülün ev muzeyinin, Üzeyir Hacıbəylinin büstünün açılışlarında iştiraklarından onlar kimi biz də qürur duyuruq, fərəhlənirik.

Bu qayıdış yalnız Şuşamızda deyil, işğaldan azad edilmiş bütün torpaqlarımızda olacaq.

Hal-hazırda bütün Şərqi Zəngəzurda həyatı bərpa etmək üçün yollar çəkilir, məktəblər, xəstəxanalar, yaşayış binaları tikilir. Ən əsası Şərqi Zəngəzur möhtəşəm tarixi hadisəyə imza atdı. Zəngilan rayonunda hava limanının istifadəyə verilməsi ilə Şərqi Zəngəzurun səma qapısı uzun illərdən sonra açıldı.

Ali baş komandan İlham Əliyevin diqqət və qayğısı nəticəsində erməni işğalçıları tərəfindən dağıdılmış digər şəhər və kəndlərimiz də müasir texnologiyalarla təmin olunan “Ağıllı kənd” və “Ağıllı şəhər” konsepsiyaları əsasında yenidən bərpa olunacaqdır.

Bütün bunlar onu deməyə əsas verir ki, tezliklə Qarabağ və Şərqi Zəngəzur rayonlarında həyat daha gözəl olacaq.

Qədirova Tamirə,
Xəzər rayonu, 123 №li tam orta məktəbin müəllimi

Oxşar Xəbərlər

Həmçinin baxın
Close
Back to top button