AnalitikaGündəmSiyasət

Qanunsuz Məskunlaşma – Törədilən Yeni Cinayətlər

Rəsmi İrəvanın işğal illərində həyata keçirdiyi qanunsuz məskunlaşma siyasəti beynəlxalq hüququn kobud şəkildə pozulması idi. Ermənilər Azərbaycan torpaqlarında qeyri-qanuni şəkildə yaşayış məntəqələri salır, təbii sərvətləri mənimsəyir, bölgənin demoqrafik tərkibini dəyişməyə çalışırdılar. Bu, açıq şəkildə Cenevrə Konvensiyalarının tələblərinə zidd idi və məqsəd Azərbaycanın tarixi irsini silmək idi.

Qarabağ və ətraf rayonlarda aparılan bu siyasət həm ekoloji, həm də mədəni baxımdan ciddi fəsadlar yaratdı. Qubadlı, Zəngilan, Laçın kimi rayonların kəndlərində yeni evlər tikildi, təbiət talan edildi, meşələr qırıldı. Həmin ərazilərdə yerləşdirilən erməni ailələri süni demoqrafik dəyişiklik yaratmaq üçün alətə çevrilmişdilər.
Azərbaycan Ordusunun Vətən müharibəsində qazandığı qələbə bu qanunsuzluqlara son qoydu. Azad edilən torpaqlarda aparılan yoxlamalar zamanı qeyri-qanuni tikililər, dağıdılmış kəndlər və dəyişdirilmiş yer adları aşkarlandı. Bütün bunlar Ermənistanın sistemli şəkildə həyata keçirdiyi işğalçı siyasətin bariz sübutudur.

Bu gün həmin ərazilərdə Azərbaycan dövləti bərpa işlərini qanuni və beynəlxalq normalara uyğun şəkildə həyata keçirir. Qanunsuz məskunlaşmanın nəticələri aradan qaldırılır, torpaqlar öz sahiblərinə qaytarılır. Rəsmi İrəvanın illərlə apardığı bu təxribat siyasəti tarixdə beynəlxalq hüquqa qarşı törədilmiş ən açıq pozuntulardan biri kimi qalacaq.

Nigar Cəlalova,
YAP Xəzər rayon təşkilatının fəalı

Oxşar Xəbərlər

Back to top button