Qanlı faciə
Хalqımıza qarşı ermənilərin törətdiyi milli qırğın siyasətinin tariхi ХVIII əsrin əvvəllərindən başlayır. I Pyotrun dövründə torpaqlarını Cənubi Qafqaza doğru genişləndirməkdə olan çar Rusiyası ermənilərdən vasitə kimi istifadə edir, onların burada məskunlaşdırılması üçün hər cür şərait yaradırdı. Ermənilər isə öz növbəsində yaranmış bu fürsətdən istifadə edərək ölkəmizin tarixi ərazilərində erməni dövləti qurmaq məqsədi ilə Azərbaycanın müxtəlif bölgələrində soydaşlarımıza qarşıqırğınlar törədirdilər.
I Pyotrun əsasını qoyduğu bu məkrli siyasətin davamı olaraq çar Rusiyası 1828-1830-cu illərdə Cənubi Qafqaza İrandan 40 min, Osmanlı dövlətindən isə 84 min nəfər erməni köçürülmüş, XIX əsrin sonunda isə “Armenakan”, “Hnçak” və “Daşnaksütyun” kimi erməni terrorçu partiyaları yaradılmışdır. Məqsəd Şərqi Anadolu və Azərbaycan ərazisinin yerli dinc sakinləri olan türk-müsəlman əhalisini soyqırıma məruz qoyaraq bu ərazilərdə qondarma “Armeniya” dövləti yaratmaq idi. XX əsrin əvvəllərində onları silahlandıran isə Avropanın bir sıra dövlətləri və Rusiya imperiyası olmuşdur. Öz havadarlarından hər cür maliyyə və hərbi dəstək alan ermənisilahlı dəstələri tərəfindən 1905-1906-cı illərdə Azərbaycan ərazisində 200-dən artıq kənd və 8 şəhərdağıdılmış,İrəvan, Naxçıvan, Dərələyəz, Göyçə, Şörəyel, Sürməli, Qarabağ, Zəngəzur, Gəncə, Qazax, Borçalı və Tiflisdə 10 min nəfərdən çox dinc azərbaycanlı qətlə yetirilmişdir.
Bu hadisələrdən sonra 1917-ci iloktyabr çevrilişi və bolşeviklər hakimiyyətə yiyələnməsi Qafqazda erməni terrorunundahadafəallaşmasına səbəb oldu. Azərbaycanlılara qarşı Mart soyqırımının əsas təşkilatçısı olan S.Şaumyan 1917-ci il dekabrında Rusiya bolşeviklərinin rəhbəri V.İ.Lenin tərəfindən Qafqaz üzrə fövqəladə komissar təyin edildi. Bolşevik şineli geyinmiş bu erməni terrorçusu 1918-ci ilin mart-iyul aylarında minlərlə dinc azərbaycanlı əhalinin soyqırımına məruz qalması haqqında qərarlar verdi. S.Şaumyan Bakıda əksəriyyəti erməni terrorçularından ibarət olan 20 min nəfərlik qoşun təşkil etdi. O, martın 29-da Bakı limanından “Evelina” gəmisi ilə Lənkərana getmək istəyən müsəlman əsgərlərini tərksilah etmək haqqında əmr verdi. Azərbaycanlı əhali silahların geri qaytarılmasını tələb etdikdə martın 30-da bolşevik-daşnak qüvvələri atəş açmağa başladılar. Bununla da S.Şaumyanın təxribat planı baş tutdu. Martın 31-də səhər açılan kimi toplar və pulemyotlarla silahlanmış bolşevik-daşnak qüvvələri şəhər əhalisini vəhşicəsinə qətlə yetirməyə başladılar. Xüsusi təlim görmüş erməni terrorçuları şəhərin görkəmli binalarını və azərbaycanlıların yaşayış evlərini dağıdaraq yandırır, özlərini isə yerindəcə güllələyirdilər.Rəsmi məlumatlara görə, Mart soyqırımı nəticəsinindəyalnız Bakıda 12 mindən çox azərbaycanlı qətlə yetirilmişdir. Bakı ilə yanaşı Şamaxı, Quba, Lənkəran, Kürdəmir, Salyan, Göyçay, Naxçıvan, İrəvan, Göyçə, Vedi, Ağbaba, Şörəyel, Şərur-Dərələyəz və Zəngəzur qəzalarında da on minlərlə dinc azərbaycanlı əhalisi erməni daşnakları tərəfindən qətlə yetirildi. Fövqəladə Təhqiqat Komissiyasının sənədlərində təkcə Zəngəzur qəzasında 115 kəndin viran edildiyi, 10 min nəfərdən çox dinc azərbaycanlı əhalinin qətlə yetirildiyi, onun isə 2200 nəfərinin uşaq olduğu qeyd edilib. Şərqi Anadoluda yerli türk-müsəlman əhalisinə qarşı qanlı əməlləri ilə tanınan erməni qulduru Andranik 1918-ci ilin mayından 1919-cu ilin martınadək Göyçədən Urmiya hövzəsinə və Zəngəzuradək böyük bir coğrafiyada 600 min nəfərədək dinc azərbaycanlı əhalini soyqırımına məruz qoymuşdu.
1918-ci il mart soyqırımına qədər Azərbaycanın milli demokratik qüvvələri Rusiya tərkibində milli-məhəlli muxtariyyət tələbi ilə çıxış edirdilərsə, artıq qırğınlardan sonra bu ümidlər boşa çıxmışdı. Mart soyqırımı nəticəsində sovetləşmə ideyasına güclü zərbə vurulmuş, xalqın müstəqil dövlətçiliyini bərpa etmək əzmi daha da güclənmiş və Azərbaycan Xalq Cumhuriyyətinin yaranma prosesi dahadasürətlənmişdir.
Xalqımızın tarixindəki ən dəhşətli hadisələrdən olan Mart soyqırımının araşdırılması və həqiqətlərin dünyaya yayılması Ümummilli lider Heydər Əliyevin təşəbbüsü ilə başlamışdır. 1998-ci il martın 26-da Heydər Əliyevin imzaladığı və böyük tarixi əhəmiyyət daşıyan “Azərbaycanlıların soyqırımı haqqında” Fərmanla 1918-ci il martın 31-i “Azərbaycanlıların soyqırımı günü” elan edilmişdir. Bundan sonra həmin tarixin öyrənilməsi istiqamətində mühüm işlər görülmüş, çoxlu əsərlər yazılmış və müxtəlif xarici dillərə tərcümə olunmuşdur. Araşdırmalar nəticəsində son illərdə Quba şəhərində tapılan kütləvi məzarlıq bu faciənin qanlı epizodlarından biridir. Həmçinin erməni-bolşevik silahlı dəstələrinin 100 il əvvəl azərbaycanlılara qarşı törətdikləri bəşəri cinayətlər barədə həqiqətlərin ölkə və dünya ictimaiyyətinə daha dolğun çatdırılması məqsədilə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən “1918-ci il azərbaycanlıların soyqırımının 100 illiyi haqqında” 2018-ci il 18 yanvar tarixli sərəncam imzalanmışdır.
Paşayev Xaliq,
Xəzər rayonu, 262 nömrəli tam orta məktəbin müəllimi