
2026-cı il 8 yanvar tarixində Bakı şəhərində “Gülüstan” sarayında Səudiyyə Ərəbistanının “ACWA Power” şirkəti tərəfindən inşa edilmiş 240 meqavat gücündə “Xızı-Abşeron” Külək Elektrik Stansiyasının rəsmi açılış mərasimi keçirildi. Tədbirdə Azərbaycan Respublikasının Prezidenti Cənab İlham Əliyev iştirak etdi və rəsmi çıxışla ölkənin enerji sektoruna dair geniş fikirlərini bildirdi. Bu mərasim Azərbaycan üçün yalnız yeni bir enerji obyektinin istifadəyə verilməsi deyil, həm də ölkənin energetika strategiyası və bərpaolunan enerji sahəsində gələcək hədəflərini göstərən mühüm bir dönüş nöqtəsi kimi qiymətləndirildi. Prezident Cənab İlham Əliyev çıxışına tədbirin əhəmiyyətini vurğulayaraq başladı.
O, “Xızı-Abşeron” Külək Elektrik Stansiyasının istismara verilməsinin ölkənin enerji potensialını gücləndirəcəyini qeyd etdi və bu günü ölkə üçün əlamətdar və önəmli bir hadisə kimi qiymətləndirdi. Dövlət başçısı qeyd etdi ki, stansiyanın fəaliyyəti artıq başlanılıb və bu, ölkənin ümumi inkişafına öz töhfəsini verəcəkdir. Prezident Cənab İlham Əliyev çıxışında bu layihənin arxasında dayanan uzunmüddətli planların mühüm olduğunu xatırlatdı. O, bildirdi ki, bu günün mərasimi 2022-ci ilin yanvarında bu stansiyanın təməlqoyma mərasimində verdiyi sözlərin reallaşmasının nəticəsidir.
Təxminən dörd il əvvəl stansiyanın inşasına rəsmi olaraq start verildiyini xatırladan dövlət başçısı, bu uzun və geniş miqyaslı işlərin uğurla tamamlandığını qeyd etdi. Prezidenti Cənab İlham Əliyev çıxışında xarici tərəfdaşların və investisiyanın rolunu xüsusi vurğuladı. O, bu layihənin əsas investoru olan “ACWA Power” şirkətinə təşəkkürünü bildirdi və şirkətin bu sahədə dünya səviyyəsində aparıcı şirkətlərdən biri olduğunu qeyd etdi. Dövlət başçısı qeyd etdi ki, bu, “ACWA Power”ın Azərbaycanda inşa etdiyi ilk amma sonuncu olmayan külək energetikası layihəsidir – şirkət daha böyük layihələr həyata keçirmək niyyətindədir və Azərbaycan hökuməti bu planları tam dəstəkləyir. Prezidentin çıxışında önəmli yer tutan məqamlardan biri də Azərbaycanın enerji sisteminin inkişafı və modernləşməsi ilə bağlı idi. O bildirdi ki, son 20 ildə ölkənin enerji sistemi, o cümlədən generasiya gücləri, böyük stansiyalar və ötürücü xətlər tamamilə yenilənmiş və bu sahədə əhəmiyyətli inkişafa nail olunmuşdur.
Əldə olunan nəticələr göstərir ki, ölkənin generasiya gücü təxminən 10 min meqavata çatmışdır ki, bu da tarixi rekorddur. Bu inkişaf sayəsində həm daxili tələbat təmin edilir, həm də elektrik enerjisinin ixrac imkanları genişlənir. Prezidenti Cənab İlham Əliyev çıxışında bərpaolunan enerji sektoruna investisiya çağırışı də mühüm yer tutdu. O vurğuladı ki, Azərbaycanın coğrafi imkanları və təbii potensialı külək və günəş enerjisi sahəsində böyük perspektivlər açır. Ölkənin müxtəlif bölgələrində, o cümlədən Biləsuvar, Neftçala, Naxçıvan və işğaldan azad edilmiş ərazilərdə yeni külək və digər bərpaolunan enerji stansiyalarının açılmasının planlaşdırıldığı bildirildi.
Bu da Azərbaycanın gələcəkdə regionun enerji hubuna çevrilməsi strategiyasının tərkib hissəsidir. Prezident çıxışında həmçinin Azərbaycanda bərpaolunan enerji sahəsinin daha da genişləndirilməsi üçün xarici investorları dəvət etdi. O, xüsusilə böyük enerji tələb edən sahələrdə, məsələn süni intellekt, data mərkəzləri və digər sahələrə investisiya qoyuluşuna çağırış etdi. Belə sahələrin inkişafı üçün sabit və etibarlı enerji mənbələrinin mövcudluğu vacibdir və yeni stansiyalar bu baxımdan mühüm rol oynayacaqdır.
Mətanət Cəfərova,
Yeni Azərbaycan Partiyasının məsləhətçi



