AnalitikaGündəmSiyasət

Prezident İlham Əliyevlə Avropa İttifaqı Şurasının Prezidenti Antonio Koştanın birgə mətbuat bəyanatı

Azərbaycanın dövlət müstəqilliyinin bərpasından sonra ölkənin qarşısında duran mühüm vəzifələrdən biri milli mənafelərə əsaslanan xarici siyasət kursunun müəyyən edilərək həyata keçirilməsi idi. Ölkəni düşdüyü ağır vəziyyətdən çıxarmaq üçün səmərəli, praqmatik xarici siyasət kursunun müəyyən edilməsi zərurəti yaranmışdı.Heydər Əliyevin xarici siyasət kursunun mühüm prioriteti Avropa İttifaqı ilə çoxşaxəli münasibətlərin qurulması və inkişafı idi.

Avropa İttifaqı ilə Azərbaycan arasında 1996-cı ildə imzalanmış Tərəfdaşlıq və Əməkdaşlıq Sazişi siyasi dialoq, demokratik institutların inkişafına dəstək, iqtisadi əməkdaşlıq və sərmayələrin təşviqi kimi mühüm proseslərdə çərçivə bazası rolunu oynamaqdadır.

Heydər Əliyevin Azərbaycanın gələcək inkişafıhədəfləyən uğurlu xarici siyasəti nəticəsində 2001-ci ilin yanvarında Azərbaycan Avropa İttifaqna tamhüquqlu üzv qəbul edilərək ümumavropa ailəsinə qovuşmuş və burada öz layiqli yerini tutmuşdur. Sonrakı proseslərdə 2004-cü ildə Azərbaycanın Avropa İttifaqı tərəfindən “Yeni qonşuluq siyasəti”nə daxil edilməsi, 2006-cı ildə “Yeni qonşuluq siyasəti” çərçivəsində ikitərəfli fəaliyyət planı imzalanması, 2009-cu ilin may ayından Azərbaycan Avropa İttifaqı ilə “Şərq tərəfdaşlığı” proqramı çərçivəsində əməkdaşlıq etməsi  gələcək yaxınlaşma, ikitərəfli və çoxtərəfli formatda əməkdaşlığın inkişafına təkan vermişdir. Avropa Qonşuluq Siyasətinin yeniləşdirilməsindən sonra Avropa İttifaqı Azərbaycanla Avropa Qonşuluq Siyasəti (AQS) Fəaliyyət Planını əvəz edəcək yeni Tərəfdaşlıq Prioritetləri sənədi üzrə danışıqlar aparmışdır. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin iştirakı ilə 11 iyul 2018-ci il tarixində Brüssel şəhərində sənəd üzrə danışıqların bitməsini qeyd edən mərasim keçirilmişdir. 28 sentyabr 2018-ci il tarixində Azərbaycan Avropa İttifaqı Əməkdaşlıq Şurasının tövsiyəsi ilə qəbul edilmiş və həmin tarixdən qüvvəyə minmiş sənədQurumların gücləndirilməsi və yaxşı idarəçilik”, “İqtisadi inkişaf və bazar imkanları”, “Bağlantılar, enerji səmərəliliyi, ətraf mühit və iqlim fəaliyyəti”, “Yerdəyişmə və insanlar arasında əlaqələr” kimi istiqamətlər üzrə əməkdaşlığı ehtiva edir. Tərəflər ərazi bütövlüyü, dövlətlərin beynəlxalq sərhədlərinin toxunulmazlığı, biri-birilərinin müstəqilliyi və suverenliyinə hörmət və bu prinsiplərin dəstəklənməsinəsadiq qalmaqla öz aralarında münasibətlərini daha da inkişaf etdirmək məqsədi daşıyan sənədin müddətinin 2027-ci ilədək uzadılması istiqamətində iş aparılır.

Azərbaycan Respublikası ilə Avropa İttifaqı arasındakı münasibətlərin Birləşmiş Millətlər Təşkilatının Nizamnaməsinə, o cümlədən dövlətlərin suverenliyi və ərazi bütövlüyü də daxil olmaqla, beynəlxalq hüquqa tam hörmətlə yanaşılmaqla qarşılıqlı hörmət, bərabərlik və ortaq fayda əsasında qurulmuşdur. Hazırda Avropa İttifaqı ölkələrinin üçdəbirindən çoxu ilə Azərbaycanın strateji tərəfdaşlıq bəyannamələri mövcuddur.

Avropa İttifaqı ilə əməkdaşlığın inkişafı Avropa İttifaqı Şurasının Prezidenti Antonio Koştanın martın 11-də Azərbaycana səfəri zamanı bir daha öz təsdiqini tap.Prezident İlham Əliyev ilə Avropa İttifaqı Şurasının Prezidenti A.Koşta arasında keçirilən görüşlərdə

       Azərbaycanla Avropa İttifaqı arasında bütün danışıqların 3 blok üzrə (birinci blok siyasi        və təhlükəsizlik məsələlərini, ikinci blok ticarət və sərmayələr, üçüncüblok digər iqtisadi, sosial, humanitar məsələlər.)aparıldığını müşahidə etsək də, enerji, təhlükəsizlik, nəqliyyat və logistika sahələrində əməkdaşlığın inkişafıbarədə, regionda sülh və sabitlik məsələlərinin xüsusi qeyd olunması diqqətdən yayınmır.  Xüsusilə, Prezident İlham Əliyevin qeyd etdiyi kimi Azərbaycan Avropanın etibarlı tərəfdaşlarından biridir və enerji sahəsində əməkdaşlıq bu münasibətlərin mühüm istiqamətlərindənbiridir.Azərbaycanın həyata keçirdiyi enerji layihələri Avropanın enerji təhlükəsizliyinin təmin edilməsinəmühüm töhfə verir. Xüsusilə Cənub Qaz Dəhlizi və digər enerji layihələri Avropa ölkələrinin alternativ enerji mənbələri ilə təmin olunmasında mühüm rol oynayır.

Avropa İttifaqı Şurasının Prezidenti Antonio Koşta çıxışında  bildirdi ki, enerji sahəsində əməkdaşlıq yalnız iqtisadi deyil, həm də strateji əhəmiyyət daşıyır.   Avropa İttifaqının etibarlı tərəfdaşı olan Azərbaycanla əməkdaşlığın genişləndirilməsi, xüsusilə yaşıl enerji, nəqliyyat, ticarət və investisiya sahələrində yeni imkanlaryaranmasına rəvac verir.

Görüşdən sonra verilən birgə mətbuat bəyanatı Azərbaycan ilə Avropa İttifaqı arasında əməkdaşlığın yeni mərhələyə keçid etdiyini təsdiqləyir.

Prezidentlər Azərbaycan-Avropa İttifaqı tərəfdaşlığının strateji əhəmiyyətini vurğulayaraq, son dövrdə keçirilmişyüksəksəviyyəli görüşlərin müsbət dinamikasına əsaslanaraq siyasi dialoqun və praktiki əməkdaşlığın daha da dərinləşdirilməsinə sadiqliklərini ifadə ediblər. Bu əməkdaşlıq hər iki tərəfin ortaq maraqlarını əks etdirir, bütün Qara dəniz, Cənubi Qafqaz və Mərkəzi Asiya regionlarında sülhün, sabitliyin, daşımaların və davamlı inkişafın təşviqinə töhfə verir.

Birgə bəyanat göstərdi ki, əsası ulu öndər Heydər Əliyev tərəfindən qoyulmuş və Prezident İlham Əliyev tərəfindən uğurla inkişaf etdirilən dövlətimizin xarici siyasət kursuAzərbaycan ilə Avropa İttifaqı arasında dərin tarixi köklərə dayanan münasibətlərin gələcəkdə daha da inkişaf etdirilməsi üçün geniş imkanlar açır.

Sevinc Rəsulova,
Yeni Azərbaycan Partiyası Bakı Şəhəri üzrə Təhsil İdarəsi İlk Partiya Təşkilatının sədri

Oxşar Xəbərlər

Back to top button