Analitika

Prezident İlham Əliyevin yerli televiziya kanallarına müsahibəsi mühüm siyasi və tarixi mesajlarla yadda qaldı

“Prezident İlham Əliyevin yerli televiziya kanallarına müsahibəsi mühüm siyasi və tarixi mesajlarla yadda qaldı. Prezident İlham Əliyev Qarabağ zəfərindən, ərazi bütövlüyümüzün və suverenliyimizin bərpasından, son 20 il ərzində ölkəmizin əldə etdiyi uğurlardan, eyni zamanda, mühüm siyasi və geosiyasi məsələlərdən danışmaqla həm Azərbaycan ictimaiyyətini məlumatlandırdı, həm də müəyyən xarici siyasi dairələrə mühüm mesajlar verdi”.

Bunu “Aktualinfo.az”a açıqlamasında Yeni Azərbaycan Partiyası Nizami rayon təşkilatının sədri Ramil Vəlibəyov deyib.

Ramil Vəlibəyov bildirib ki, bu günün Azərbaycanı dünya miqyasında güclü ölkələr sırasındadır və həm beynəlxalq aləmdə, həm regionda daxili siyasət prioritetlərinin düzgün seçilməsində bir çox ölkələr üçün nümunə ola bilər: “Bu gün Azərbaycan suverenliyi tam bərpa olunmuş, dövrünün ən parlaq Qələbəsini yaşamış bir dövlətdir. Məhz 30 il ərzində işğal altında olmuş ərazilərin işğaldan azad edilməsi və suverenliyi tam bərpa edilməsi isə yeni dövrün başlanğıcı oldu. Bu mənada, 7 fevral 2024-cü ildə keçiriləcək prezident seçkilər bir dövrə yekun vurur, yeni dövrün başlanmasını əsaslandırır. Heç şübhəsiz ki, Azərbaycan dövlətinin və xalqının son 30 ildəki əsas milli ideyası ərazilərin azad edilməsi idi. Bütün xalq bu ideya ətrafında, bu amal ətrafında birləşmişdi və bu ideya artıq reallığa çevrilib. Bu səbəbdən də yeni dövrün yeni hədəfləri olacaq. Prezident İlham Əliyevin qeyd etdiyi kimi yeni dövrə köhnə hədəflərlə gedə bilmərik, çünki o hədəflər artıq əldə edildi. Bütün deyilənləri nəzərə alaraq demək olar ki, ilk dəfə olaraq müstəqil Azərbaycan Respublikasının həyatında seçkilər ərazilərinin hər bir yerində keçiriləcək. Prezident seçkiləri bütün digər seçkilərlə müqayisədə ən vacib seçkilər olduğu üçün bütün ərazilərdə keçiriləcək birinci seçkilər prezident seçkiləri olacaq”.

“Yeni dövrdə mühüm hədəflərdən biri də işğaldan azad olunmuş ərazilərin bərpasıdır” – deyən Ramil Vəlibəyov əlavə edib ki, 2024-cü ildə daha böyük sayda keçmiş köçkünlər öz dədə-baba torpaqlarına qaytarılacaq: “2024-cü ildə vətəndaşlarımız Şuşa, Cəbrayıl, Kəlbəcər, Xankəndi və Xocalı şəhərlərinə qayıdacaq. Ağdam, Zəngilan, Qubadlı şəhərlərinə isə keçmiş məcburi köçkünlərin 2025-ci ildə qayıtması nəzərdə tutulur. Paralel olaraq Laçın rayonunun Sus kəndi hazır olacaq, Xocalı rayonunun Kərkicahan, Malıbəyli, Turşsu kəndlərinin də bərpası da reallaşdırılacaq. Beləliklə də, yaxın 3 ildə 140 min keçmiş köçkün dədə-baba torpaqlarına qayıdacaq”.

Oxşar Xəbərlər

Həmçinin baxın
Close
Back to top button