AnalitikaGündəmSiyasət

Prezident İlham Əliyevin YAP-ın VIII Qurultayındakı çıxışı mühüm siyasi mesajlarla yadda qalıb

2026-cı il oktyabrın 2-də Bakıda, Heydər Əliyev Mərkəzində Yeni Azərbaycan Partiyasının VIII Qurultayı keçirilib. Qurultayda Azərbaycan Respublikasının Prezidenti, Yeni Azərbaycan Partiyasının Sədri İlham Əliyev çıxış edərək ölkəmizin son illərdə keçdiyi inkişaf yoluna, əldə olunan tarixi nailiyyətlərə, Azərbaycanın yeni geosiyasi reallıqlar şəraitində mövqeyinə və qarşıda duran strateji vəzifələrə dair mühüm fikirlər səsləndirib.

Dövlət başçısı çıxışında vurğulayıb ki, VIII Qurultay Azərbaycanın ərazi bütövlüyünün və suverenliyinin tam bərpa olunmasından sonra keçirilən ilk qurultaydır. Prezident İlham Əliyev 2020-ci ildə əldə edilmiş tarixi Zəfərin və 2023-cü ildə dövlət suverenliyimizin tam təmin edilməsinin Azərbaycanın müasir tarixində yeni mərhələnin başlanğıcını qoyduğunu qeyd edib.

Çıxışda Yeni Azərbaycan Partiyasının yaranmasının tarixi əhəmiyyətinə də xüsusi diqqət yetirilib. Bildirilib ki, 1992-ci ildə Ulu Öndər Heydər Əliyevin rəhbərliyi ilə yaradılmış Yeni Azərbaycan Partiyası ötən dövr ərzində xalqın iradəsini, milli maraqları və dövlətçilik mənafelərini ifadə edən aparıcı siyasi təşkilata çevrilib. Prezident İlham Əliyev partiyanın keçdiyi tarixi yolu Azərbaycanın dövlətçilik salnaməsinin mühüm tərkib hissəsi kimi səciyyələndirib.

Prezident İlham Əliyevin çıxışında Azərbaycanın əldə etdiyi Zəfərin yalnız hərbi qələbədən ibarət olmadığı, bu tarixi nailiyyətin arxasında uzun illər ərzində həyata keçirilmiş məqsədyönlü və ardıcıl dövlət siyasətinin dayandığı vurğulanıb. Ölkənin iqtisadi və hərbi potensialının gücləndirilməsi, beynəlxalq mövqelərin möhkəmləndirilməsi, milli həmrəyliyin təmin olunması və dövlətçilik institutlarının inkişaf etdirilməsi Azərbaycanın tarixi Zəfərinin mühüm amilləri kimi diqqətə çatdırılıb.

Bu baxımdan qarşıda duran əsas vəzifələr sırasında əldə edilmiş nailiyyətlərin qorunması və daha da möhkəmləndirilməsi, milli təhlükəsizliyin və sabitliyin təmin edilməsi, iqtisadi inkişafın davam etdirilməsi, sosial rifahın yüksəldilməsi və Azərbaycanın beynəlxalq mövqelərinin daha da gücləndirilməsi xüsusi əhəmiyyət daşıyır.

Dövlət başçısı çıxışında ideoloji təhlükəsizlik məsələsinə də toxunaraq müasir dövrdə təhsilin, milli-mənəvi dəyərlərin və vətənpərvərlik tərbiyəsinin xüsusi əhəmiyyət daşıdığını bildirib. İnformasiya və texnologiyaların sürətlə inkişaf etdiyi bir şəraitdə gənc nəslin düzgün maarifləndirilməsi, milli kimliyə və dövlətçilik ənənələrinə bağlılığının gücləndirilməsi mühüm vəzifələrdən biri kimi önə çəkilib.

Ümumilikdə, Azərbaycan Respublikasının Prezidenti, Yeni Azərbaycan Partiyasının Sədri İlham Əliyevin YAP-ın VIII Qurultayındakı çıxışı ölkəmizin keçdiyi tarixi yolun, əldə olunan mühüm nəticələrin və qarşıdakı inkişaf istiqamətlərinin ümumiləşdirilməsi baxımından mühüm siyasi əhəmiyyət daşıyır.

VIII Qurultay Azərbaycanın ərazi bütövlüyünün və suverenliyinin tam bərpasından sonra yeni siyasi və geosiyasi reallıqlar şəraitində keçirilən mühüm tədbir kimi yadda qalıb. Qurultayda səsləndirilən fikirlər Azərbaycanın dövlətçilik və milli inkişaf prioritetlərinin, təhlükəsizlik və dayanıqlı inkişaf strategiyasının, eləcə də gələcəyə hesablanmış siyasi kursun bir daha diqqətə çatdırılması baxımından xüsusi əhəmiyyət kəsb edir.

Amil İsrayılov,
YAP Şirvan şəhər təşkilatı m
əsləhətçisi

Oxşar Xəbərlər

Back to top button