Analitika

Prezident İlham Əliyevin rəhbərliyi ilə işğaldan azad edilən bütün ərazilərdəki kimi, bu gün Ağdamda da böyük quruculuq işləri həyata keçirilir

Ermənilərin xarici havadarlarının köməyi ilə işğal etdiyi əzəli Azərbaycan torpaqlarının müzəffər ordumuz tərəfindən işğaldan azad olunmasından sonra bütün dünya ictimaiyyətinin diqqəti çox ağrılı və ciddi bir məsələyə – təqribən 30 il ərzində işğal altında qalan həmin ərazilərdə törədilən vəhşiliyə, insan adına sığmayan dağıntılara, bu ərazilərdə olan həyatın son izlərinin də silinməsinə yönəldi.

Erməni vandalizminin xarabalığa çevirildiyi  rayonlarımızdan biri də Ağdam rayonudur. Ən acınacaqlı mənzərə Cəbrayılda, Füzulidə, Zəngilanda olduğu  kimi, Ağdamda da  məscidlərimizin, qəbiristanlıqlarımızın və digər abidələrimizin darmadağın edilməsidir. Azərbaycan xalqına, İslam dininə nifrət hissi ermənilərdə  o qədər kin-kidurət yaradıb ki, məscidlərimizi tövlə edib,  məzarlarda yatan ölülərimizi  belə  rahat buraxmayıblar. Qəbirüstü abidələri və məzar daşlarını  gülləbarana tutmaları bir yana,  erməni faşistləri  goreşənlər kimi qəbiristanlıqlarda bütün məzarları  açıb eşərək, cəsədlərin qalıqlarını çıxarıb sümükləri ətrafa yayıblar…  Bax bu, dünya tarixində görünməmiş  erməni murdarlığıdır.

Ağdam rayonu 1930-cu ildə yaradılıb. 1993-cü il iyulun 23-də Ermənistan Silahlı Qüvvələri Qarabağın mərkəzində yerləşən Ağdamın böyük hissəsini işğal edib. İşğal edilmiş rayonların arasında əhalinin sayına görə Ağdam ən böyük rayondur. İşğaldan əvvəl Ağdam rayonunda 143 min insan yaşayırdı. Hazırda Ağdam rayon sakinlərinin sayı 204 mindir. Ərazisi 1 094 kv.km olan Ağdamın 846,8 kv.km-i, yəni 77,4%-i, bir şəhər və 80 kəndi ermənilərin əlinə keçib, o vaxta qədər Ağdamın 1 şəhər, 124 kəndi vardı. Bu işğal rayona 13 milyard 135 milyon ABŞ dolları məbləğində ziyan vurub. Ağdamlılar həm Birinci, həm də İkinci Qarabağ müharibəsində qəhrəmancasına vuruşmuşlar, çoxlu şəhidlər vermişlər. Rayonun Azərbaycan dövlətinin ərazilərində son illər ərzində böyük quruculuq, abadlıq işləri aparmışdır.

Ağdam rayonunun işğaldan azad olunması tarixi hadisədir.  Prezident  İlham  Əliyev  bu  münasibətlə demişdir ki, biz  tarix  yazırıq, yeni  tarix. Xalqımızın, ölkəmizin  yeni  şanlı tarixini  yazırıq. Bu, Zəfər  tarixidir. Ağdamlılar həm birinci, həm də ikinci Qarabağ müharibəsində qəhrəmancasına vuruşmuş və çoxlu şəhidlər vermişlər. Bütün şəhidlərimizə Allah rəhmət etsin, Azərbaycan xalqı həmişə onların xatirəsini əziz  tutacaq.

Prezident İlham Əliyevin rəhbərliyi ilə işğaldan azad edilən bütün ərazilərdəki kimi, bu gün Ağdamda da böyük quruculuq işləri həyata keçirilir. Ağdam azad edildikdən sonra Prezident, Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı İlham Əliyev və birinci xanım Mehriban Əliyeva 2020-ci il noyabrın 23-də buraya gələrək bərpa işlərinin başlanğıcını elan etdilər. Dövlətimizin başçısının 2021-ci il mayın 28-də Ağdama növbəti səfəri zamanı isə Bərdə-Ağdam avtomobil yolunun, Ağdam şəhərində inşa olunacaq ilk yaşayış binasının, Ağdam Sənaye Parkının, Zəfər muzeyinin və açıq hava altında İşğal muzeyinin, 140 illik tarixi olan Ağdam şəhər 1 saylı məktəbin yeni binasının təməlqoyma və Ağdam şəhərinin bərpasının təməl daşının qoyulması mərasimlərində iştirak etdi. Səfər günü həm də sahəsi 125 hektar olan Ağdam şəhər meşə-parkında ağacların əkilməsinə start verildi.

İslam Bafadarov,
YAP-ın gənc fəalı

Oxşar Xəbərlər

Back to top button