AnalitikaGündəmSiyasət

Prezident İlham Əliyevin müsahibəsi siyasi-ictimai və strateji baxımdan mühüm əhəmiyyət kəsb edir

“Artıq ənənə halını alan Prezident İlham Əliyevin yerli telekanallara müsahibəsi siyasi-ictimai və strateji baxımdan mühüm əhəmiyyət kəsb edir. Prezident İlham Əliyevin bu cür müsahibələrində səsləndirdiyi fikirlər və verdiyi mesajlar ilk növbədə şayiələrin, dezinformasiyaların qarşısını alır, dövlət siyasətinin məqsədlərini sadə və açıq dildə izah edir, xüsusilə də xalq-dövlət etimadını və birliyini möhkəmləndirir”.

Bunu Yeni Azərbaycan Partiyası Nizami rayon təşkilatının sədri Ramil Vəlibəyov deyib.

Ramil Vəlibəyov bildirib ki, Prezident İlham Əliyevin müsahibəsini eyni zamanda güc və siyasi iradə nümayişi kimi də dəyərəndirmək olar: “Çünki Prezident İlham Əliyevin fikirləri əsasında duran fəlfəsə onu diqtə edir ki, Azərbaycanın öz mövqeyində qətiyyətlidir, heç bir təzyiq altında geri çəkilməyəcək, daxili və xarici siyasətini müstəqil şəkildə müəyyənləşdirir, həyata keçirir. Həmçinin müsahibədə tez-tez Zəngəzur dəhlizi, Qarabağ və Şərqi Zəngəzurun bərpası, regional və qlobal iqtisadi-ticari layihələr, eləcə də Azərbaycanın Şərqlə Qərb arasında mühüm tranzit məkan olması haqqında danışılması, əslində strateji gündəmin izahı və legitimləşdirilməsi kimi də başa düşülür.

Prezident İlham Əliyevin ABŞ, Çin, D-8, Mərkəzi Asiya Məşvərət Şurası, Türk Dövlətləri Təşkilatı, ECO, Ermənistan və digər istiqamətlər üzrə ismarıcları isə Azərbaycanın xarici siyasətinin mühüm istiqamətlərini müəyyənləşdirməklə bərabər dövlətimizin qırmızı xətləri və gələcək planları barədə də mesajları ötürmüş olur”.

Ramil Vəlibəyov əlavə edib ki, Prezident İlham Əliyevin müsahibəsini baş verən regional və qlobal hadisələrə Azərbaycanın baxış bucağının izahı kimi də qiymətləndirmək olar: “Bu müsahibəyə baxan hər bir azərbaycanlı dövlətin bugünkü və gələcək addımları barədə xəbərdar olur, rəsmi mövqeyi birbaşa Prezidentdən eşidir. Bu mənada, Prezident İlham Əliyevin bu cür müsahibələri informasiya müharibəsində çox vacib ideoloji vasitə olmaqla yanaşı həm də gələcək nəsillər üçün rəsmi siyasi mövqenin arxivini yaradır. Bir sözlə, Prezident İlham Əliyevin yerli telekanallara ənənəvi müsahibəsi ictimai rəyin idarə olunması, beynəlxalq mesajlaşma, strateji kursun izahı və siyasi iradənin nümayişi funksiyalarını eyni anda yerinə yetirən çox mühüm kommunikasiya alətidir”.

Oxşar Xəbərlər

Back to top button