Analitika

Prezident İlham Əliyevin Moskva səfəri Azərbaycanın mühüm geosiyasi üstünlüyünün təsdiqi ilə yadda qaldı

“Prezident İlham Əliyevin Avrasiya İqtisadi Birliyinin iclasında qonaq qismində ilk dəfə iştirakı Azərbaycan və region üçün iqtisadi və geosiyasi baxımdan böyük əhəmiyyət kəsb edirdi. Azərbaycanın uğurlarının, nailiyyətlərinin növbəti dəfə diqqətə çatdırılması da ölkəmizin Avrasiya geosiyasi məkanının aparıcı aktorlarından biri olması faktını br daha nümayiş etdirdi. Burada söhbət Azərbaycanın hansısa təşkilata üzv olmasından deyil, məhz Ermənistan istisna olmaqla, Avrasiya İqtisadi Birliyinə daxil olan ölkələrlə sabit əməkdaşlıq əlaqələrinin mövcudluğundan gedir. Sirr deyil ki, ötən il Azərbaycanın Avrasiya İqtisadi Birliyi ilə əmtəə dövriyyəsi 31 faiz artıb və 4,7 milyard dollar təşkil edib. Bu ilin yanvar-aprel aylarında qarşılıqlı ticarətin həcmi daha 38 faiz artıb. Ötən il Avrasiya İqtisadi Birliyinə üzv ölkələrin Azərbaycanın xarici ticarət dövriyyəsində payı 9 faizə yaxın olub”.

Bunu “Aktualinfo.az”a Yeni Azərbaycan Partiyası Nizami rayon təşkilatının sədri Ramil Vəlibəyov deyib.

Ramil Vəlibəyov bildirib ki, Avrasiya İqtisadi Birliyinin iclasında Azərbaycan mövcud imkanları və üstünlükləri növbəti dəfə diqqət mərkəzində oldu: “Bu bir faktdır ki, Azərbaycan Şərq-Qərb və Şimal-Cənub nəqliyyat yollarının coğrafi kəsişməsində yerləşir. Məhz ölkəmizin də nəqliyyat-logistika infrastrukturu bütün istiqamətlərdə daşımaları həyata keçirməyə imkan verir. Belə ki, Azərbaycan Xəzərdə 50 gəmidən ibarət ən böyük ticarət donanmasına, eləcə yaxın gələcəkdə yükaşırmaların həcmi 25 milyon tona çatacaq Ələt Dəniz Limanına malikdir, həmçinin, bütün növ gəmilər hazırlaya bilən müasir gəmiqayırma tərsanəsi fəaliyyət göstərir. Bununla yanaşı, Azərbaycanda 8 beynəlxalq aeroport fəaliyyət göstərir ki, onlardan ikisi işğaldan azad olunmuş Füzuli və Zəngilandadır. Doqquzuncu beynəlxalq aeroport isə 2025-ci ildə azad olunmuş Laçında istismara veriləcək. Bu mənada, təsadüfi deyil ki, Azərbaycan illik 500 min ton yük dövriyyəsi ilə regionda ən iri hava yük donanmasına sahibdir. Əlavə olaraq, Bakı-Tbilisi-Qars dəmir yolu Avropaya, həmçinin Türkiyənin Aralıq dənizi limanlarına çıxışı da təmin edir. Nəhayət, Azərbaycanın əsas hissəsini Naxçıvan Muxtar Respublikası ilə birləşdirəcək və beynəlxalq dəmir yolu marşrutlarının bir hissəsi olacaq Zəngəzur dəhlizinin yaradılması da bütün regionun sürətli inkişafına əlavə stimul verəcək”.

“Bütövlükdə, bu gün Azərbaycanın uğurları və perspektiv planları onu göstərir ki, ölkəmiztam iqtisadi müstəqilliyə nail olub, iqtisadiyyatımız özü-özünü təmin edir və kənardan dəstəyə ehtiyacı yoxdur” – deyən Ramil Vəlibəyov əlavə edib ki, bu gün gündəlikdə duran əsas məsələ hansısa təşkilata üzv olmaq deyil, əksinə ikitərəfli strateji əlaqələrin daha da gücləndirilməsi, əməkdaşlığın dərinləşdirilməsi prioritetdir.

Oxşar Xəbərlər

Həmçinin baxın
Close
Back to top button