Analitika

Prezident İlham Əliyevin “Euronews”a  müsahibəsi milli maraqlarımızın müdafiəsi baxımından mühüm əhəmiyyətə malikdir

“Prezident İlham Əliyev 22 iyul 2023-cü il tarixində “Euronews”a müsahibəsində milli maraqlarımız baxımından mühüm mesajlar verib. Bu müsahibə bölgədə cərəyan edən son proseslər fonunda sülh gündəliyinə, Qarabağın erməni icmasının reinteqrasiyasına və üçüncü tərəflərin regionda situasiyaya təsirlərinə konseptual baxışın bir daha dəqiqləşməsi baxımından mühüm əhəmiyyətə malikdir. O cümlədən, Prezidentin müsahibəsindəki ciddi mesajlar, cəsarətli, qətiyyətli fikirlər həm Ermənistana, həm də onun havadarlarına xəbərdarlıq kimi də qəbul edilməlidir”. 

Bunu “Aktualinfo.az”a açıqlamasında Yeni Azərbaycan Partiyası Nizami rayon təşkilatının sədr müavini Rəşadət Xalıqov deyib.

Rəşadət Xalıqov bildirib ki,  cənab Prezident İlham Əliyevin Beynəlxalq Ədalət Məhkəməsinin Azərbaycanın tərəfində olduğunu, yəni Ermənistanın törətdiklərinin beynəlxalq hüquqa zidd olduğunu təsdiqləməsini xatırlatmasını, bu gün artıq dünyada müzakirə obyektinə çevrilmiş Laçın dəhlizi barədə fikirlərini, Ermənistanla sərhədimizdə sərhəd-keçid məntəqəsini qurmağımızın legitim hüququmuz olmasını qəti şəkildə bildirməsi dünya birliyinə ciddi mesaj idi. Bu səbəbdən dövlət başçısının “Euronews” kanalına verdiyi müsahibə erməni yalanlarının ifşa olunması və Azərbaycanın ədalətli, qətiyyətli mövqeyinin dünya mediasında səsləndirilməsi baxımından növbəti uğurlu addım oldu.

“Bölgədəki mövcud durumu şərh edən Prezident İlham Əliyev Azərbaycanla Ermənistan arasında sülh yaradılması üçün real imkanlar olduğunu vurğulayaraq bunun yalnız Ermənistanın apardığı siyasətdən asılı olacağını bildirdi. Ermənistanla Azərbaycan arasında aparılan sülh danışıqları prosesinin üç müxtəlif platforma üzərində qurulur, lakin İki ölkə arasında razılaşmanın əldə edilməsinə, sülh müqaviləsinin imzalanmasına mane olan amillər mövcuddur. Müsahibədə cənab Prezident Ermənistanın hərbi-siyasi rəhbərliyinin manevrləri, xarici güc mərkəzlərinin prosesə neqativ təsirləri detallı şəkildə təsvir edir. Həmçinin beynəlxalq təşkilatların Qarabağ münaqişəsinin kökündə dayanan “erməni separatizmi”nə ikili standartlarla yanaşmaları tənqid olunur. İkili yanaşmanı təsdiq edən sübutlar göstərilir”. – deyən Rəşadət Xalıqov əlavə edib ki,  Prezident İlham Əliyevin “Euronews”a müsahibəsinin əhatəli, informativ və arqumentli olması imkan yaradır ki, Avropa auditoriyası Ermənistanla Azərbaycan arasında aparılan sülh danışıqlarının detalları barədə məlumat alsın, həqiqətləri görə bilsin.

Onun sözlərinə görə, Prezident İlham Əliyevin ünvanlanan bütün suallara arqumental cavab verməsi Avropa və bütövlükdə Qərb auditoriyasında təsəvvür formalaşdırır ki, cərəyan edən mövcud proseslər fonunda Azərbaycanın tutduğu mövqe əsaslı və ədalətlidir.

Oxşar Xəbərlər

Back to top button