
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Səudiyyə Ərəbistanının “Əl-Ərəbiyyə” telekanalına verdiyi müsahibədə qonşu ölkələrlə münasibətlərə və Yaxın Şərqdə vasitəçilik roluna toxunub. Müsahibə avqustun 26-da yayımlanıb və regionun geosiyasi dinamikasını əhatə edib.
Prezident İlham Əliyev İran ilə münasibətləri müsbət qiymətləndirərək, İran Prezidentinin Azərbaycana iki səfərini və azərbaycanlı köklərini xatırladıb. O, Zəngəzur dəhlizinin İran üçün təhlükə olmadığını, əksinə, Şimal-Cənub əlaqələrini gücləndirəcəyini bildirib. “İran hökuməti ilə konstruktiv münasibətlərimiz var, bəzi müşavirlərin fikirləri isə əhəmiyyətsizdir,” – deyə Dövlət Başçısı vurğulayıb.
Rusiya ilə münasibətlərə toxunan Prezident İlham Əliyev Azərbaycan təyyarəsinin vurulmasını faciəvi səhv kimi qiymətləndirib və Rusiyanın reaksiyasını tənqid edib. O, azərbaycanlılara qarşı hücumları qeyd edərək, münasibətlərin korlanmasına görə məsuliyyətin Moskvaya aid olduğunu bildirib.
Yaxın Şərqdə vasitəçiliyə gəlincə, Ölkə Başçısı Azərbaycanın Suriya-İsrail və Türkiyə-İsrail münasibətlərində rolunu vurğulayıb. O, Suriyaya qaz təchizini və normallaşma prosesini qeyd edərək, “Azərbaycan sülh və proqnozlaşdırma üçün kömək edir,” – deyib. Müsahibə Azərbaycanın regionda stabilizator rolunu təsdiqləyib.
Elman Məmmədov,
Ərazi Partiya təşkilatıının sədr müavini, RTTTYM PHŞ-in Texniki Dəstək bölmə müdiri