Prezident İlham Əliyev yeni əsrin yeni lideri olaraq Azərbaycanı inamla irəli aparır
Dekabrın 24-ü Azərbaycan Prezidenti Ali Baş Komandan İlham Əliyevin doğum günüdür. Ölkə başçısı artıq yaşını Müzəffər Ali Baş Komandan, Tarix Yazan Sərkərdə olaraq keçirir.
İlham Heydər oğlu Əliyev 1961–ci il dekabrın 24-də Bakı şəhərində anadan olmuşdur. 1967-1977-ci illərdə Bakı şəhərində orta məktəbdə oxuyub. 1977-ci ildə Moskva Dövlət Beynəlxalq Əlaqələr İnstitunun (MDBƏİ) daxil olub. 1982-ci ildə həmin İnstitutun aspiranturasına qəbul olub. 1985-ci ildə dissertasiya müdafiə edərək, tarix elmləri namizədi dərəcəsi alıb. 1985-1990-cı illərdə Moskva Dövlət Beynəlxalq Əlaqələr İnstitunda müəllim işləyib. 1991-1994-cü illərdə özəl biznes sahəsində çalışıb. 1994-2003-cü ildə Azərbaycan Respublikası Neft Şirkətinin Vitse-prezidenti, sonra isə birinci prezidenti olub. 1997-ci ildən Azərbaycan Milli Olimpiya Komitəsinin Prezidentidir. 2000-ci illərdən Azərbaycan Respublikasının Milli Məclisinə seçilib. 1999-cu ildən hakim Yeni Azərbaycan Partiyası sədrinin müavini, 2001-ci ildən sədrin birinci müavini, 2005-ci ildən isə partiyanın sədri seçilib. Həmin tarixdən Yeni Azərbaycan Partiyasının sədridir. 2003-cü il avqustun 4-də Milli Məclisin təsdiqi ilə Baş naziri təyin edilib. 2003-cü il oktayabrın 15-də Azərbaycan Respublikası Prezidenti seçilib. 2004-cü il AŞPA –nın fəaliyyətində fəal iştirakına görə fəxri üzvü diplomu və AŞPA medalı ilə təltif olunub. 2008-ci il oktyabrın 15-də keçirilən seçkilərdə 88,73 % səs çoxlugu ilə İlham Əliyev ikinci dəfə Azərbaycan Respublikası Prezidenti seçilib. 2013-cü il növbəti seçkidə 84,54% səslə növbəti dəfə xalqın seçimi ilə Prezident postuna təyin edilib. İlham Əliyev rus, ingilis, fransız və türk dillərində mükəmməl bilir.
Biz birlikdə güclüyük şüarı xalqın qalib ruhunun güzgüsüdür.İqtisadi böhranlara, beynəlxalq təziqlərə və pandemiyanın yaratdıgı çətinliklərə rəğmən dövlət başçısı xalqa arxalanaraq Azərbaycanı hər zaman inkişafa dogru aparıb. Partiyaların həmrəyliyi ölkəmizdə olan siyasi potensialın yalnız dövlətin inkişafına və milli maraqlara xidmət etdiyinin sübutudur. İlham Əliyevin tapşırıgı ilə bütün siyasi partiyaların rəhbərləri ilə dəvamlı keçirilən görüşlər demokratik ənənələrin inkişafına xidmət edən təcrübəni göstərir.
Türk dövlətləri ilə münasibətlərin möhkəmlənməsi, xüsusən Türkiyə ilə qurulan dostluq, qardaşlıq münasibəti böyük nüfuza malikdir. Azərbaycanın rifahının yüksəlməsi üçün sosial layihələr, transmilli layihələr, Cənub Qaz Dəhlizi, ölkənin logistik potensialını artıran layihələr hər zaman İlham Əliyevin tutdugu siyasətinin başlıca mövqeyi olmuşdur. Özünündə dediyi kimi 20 il bundan əvvəl verdiyi sözü tutaraq ərazi bütövlüyümüzü bərpa etdi, Azərbaycanın Dövlət Bayragını işğal altından azad olan torpaqların hər bir guşəsində qaldırdı.
2020 ci –ildə sentyabrın 27-dən, noyabrın 10-dək dəvam edən 44 günlük vətən müharibəsində Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanın Müzəffər Ordusu işgal altında olan torpaqlarımızı azad edib. Dəmir Yumruq əməliyyatı ilə bir daha öz gücünü bütün dünyaya göstərdi. Azərbaycan Prezidenti İlham Əliyev nəinki hərbi sahədə, həm də siyasi savadı ilə bir daha Ermənistana noyabrın 10-u imzalanan kaputulyasiya aktı ilə öz gücünü göstərdi. İlham Əliyev öz dogum gününü bütün işgal altından azad olan torpaqlarımızda keçirir. Artıq Müzəffər Ali Baş Komandan olaraq bütün xalqın sevgisini, hörmətini qazanıb. Mən də öz adımdan Cənab Prezident İlham Əliyevi doğum günü münasibəti ilə təbrik edir, daim möhkəm can saglıgı, xöşbəxtlik, xoş əhval rühiyyə arzu edirəm. Azərbaycanımızın daha da inkişaf etməsi və çiçəklənməsi üçün fəaliyyətində uğurlar arzulayıram. Yaşasın Azərbaycanın Ali Baş Komandanı İlham Əliyev!
Səbinə Həsənova,
Yeni Azərbaycan Partiyası Nizami rayon fəal üzvü