Analitika

Prezident İlham Əliyev – Şuşa Qlobal Media forumu

Foruma  49 ölkədən 150 xarici qonaq, o cümlədən dünyanın 34 ölkəsinin dövlət informasiya agentliyi, 12 beynəlxalq təşkilat və media qurumu qatılmışdı. Həmçinin Forumda 60 yerli media rəhbəri və nümayəndəsi iştirak edirdi. Azərbaycan Prezidenti İlham Əliyevin Forumun açılış mərasimində çıxışı zamanı səsləndirdiyi fikirlər, verdiyi mesajlar beynəlxalq ictimaiyyətdə, o cümlədən dünya ictimaiyyətində böyük əks-səda doğurub.  Azərbaycan mediasının müstəqilliyinin  cəmiyyətimizin inkişafı üçün başlıca şərtlərdən biri olduğunu bildirməsi ölkəmizdə müstəqil mətbuata, azad sözə verdiyi yüksək dəyərin bariz nümunəsidir. Dövlətimizin başçısı, həmçinin sülh danışıqlarının  hazırkı vəziyyəti barədə də məlumat verdi. Dedi ki, hazırda danışıqlar masasında əsas məsələlərdən biri Ermənistanın rəsmi olaraq Azərbaycana qarşı ərazi iddialarından əl çəkməsidir. Prezident İlham Əliyevin Azərbaycanın Rusiya ilə münasibətlərinə, iki ölkə arasında imzalanan müttəfiqlik qarşılıqlı fəaliyyəti haqqında Bəyannaməyə, Bakıda keçirilən Rusiya-ABŞ dialoquna, keçmiş məcburi köçkünlərin işğaldan azad olunmuş ərazilərə qayıdışına, bu ilin sonuna qədər Avropanın daha iki ölkəsinə Azərbaycan qazının çatdırılmasına və digər fikirlərinə geniş yer verilib. Bununla yanaşı, Əlcəzairin “al24news” portalı, Omanın “omannews.gov.om” saytı və “alwatan.com” nəşri Qazaxıstanın “www.egemen.kz” saytında həmçinin  Gürcüstan mətbuatında, ictimai televiziyasında Prezident İlham Əliyevin xüsusilə Ermənistanla müharibədə Qələbədən sonra ölkəsinin işğaldan azad edilmiş rayonlarının inkişafının əsas prioritet olması ilə bağlı fikirlərinə diqqət çəkilib. Eyni zamanda, Ermənistanın Qarabağın Azərbaycan ərazisi olduğunu qəbul etməsi və artıq sülh sazişinin imzalanması mərhələsində olduğu bildirilir. Azərbaycan Prezidenti İlham Əliyev Şuşa Qlobal Media Forumunda mühüm qlobal və regional məsələlərə toxunub. O, Türkiyənin İkinci Qarabağ müharibəsində Azərbaycanın yanında olması, rəsmi Bakının Moskva ilə münasibətləri, Azərbaycanın Qoşulmama Hərəkatına uğurlu sədrliyi, müharibədə qazanılmış Qələbədən sonra regionda yaranmış yeni reallıqlar, Ermənistanın mina terroru və sülh prosesi kimi məsələlərdən bəhs edib. Prezident İlham Əliyev vurğulayıb ki, Ermənistan Azərbaycana qarşı hər hansı ərazi iddialarından imtina etsə, bu sülh sazişinin bu ilin sonuna qədər imzalanması kifayət qədər mümkündür. Lakin bu olmasa, o halda sülh olmayacaq. Bu isə bölgə üçün yaxşı ssenari deyil, sabitlik, təhlükəsizlik bəxş etməyəcək. Eyni zamanda, çox həssas geosiyasi vəziyyəti nəzərə alaraq gələcəkdə də çətinliklər yaradacaq. Forumda “Medianın gələcəyi: rəqəmsal dövrdə jurnalistika və kommunikasiyada yeni alətlər və medianın rolu”, “Mediada investisiya və istehlak meylləri”, “Təhlükəsizlik məsələləri” sessiyaları, həmçinin iştirakçılar və məruzəçilər arasında interaktiv müzakirələr aparılıb. Qlobal Forumda həmçinin bir sıra yan tədbirlər, sərgilər və təlimlər keçirilib.

Rüstəmov Bəhruz,
YAP-ın fəalı

Oxşar Xəbərlər

Back to top button