Analitika

Prezident İlham Əliyev Novruz bayramı münasibətilə Azərbaycan xalqını təbrik edib

Prezident İlham Əliyev 18 mart tarixində Xankəndi şəhərində Azərbaycan xalqını Novruz bayramı münasibətilə təbrik edib. Dövlətimizin başçısı Xankəndi şəhərində Novruz tonqalını alovlandırıb. Xankəndi qədim Azərbaycan torpağıdır, Pənahəli xan tərəfindən salınmışdır. Ancaq əfsuslar olsun ki, keçən əsrin 20-ci illərinin əvvəllərində tamamilə əsassız, heç bir hüquqi, siyasi və demoqrafik əsası olmadan burada muxtar vilayət yaradılmışdır və ondan sonra xalqımızın problemləri də başlamışdır. Hər il Novruz bayramında da əsas arzumuz bu idi iki, inşallah növbəti il bayramı doğma Qarabağımızda qeyd edək. Şükürlər olsun ki, bu arzumuz da gerçəkləşdi. Bizə bu qüruru, bu sevinci müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyev başda olmaqla şanlı Ordumuz, qəhrəman hərbçilərimiz yaşatdı.

Dördüncü dəfədir ki, bayram tonqalı azad edilmiş Qarabağ torpağında qalanır.  2021-ci ilin Novruz bayramında cənab Prezident Novruz tonqalını 30 illik fasilədən sonra doğma Şuşamızda alovlandırdı. 2022-ci ildə Suqovuşanda, keçən il Talış kəndində, bu dəfə isə Xankəndi şəhərində bayram tonqalı qalanır. Ermənistan və onun vaxtilə Qarabağda yaratdığı qanunsuz rejim davamlı olaraq hərbi təxribatlar törədirdi. Bu da dövlətimizin suverenliyinə və əhalinin təhlükəsizliyinə ciddi təhdid yaradırdı. Dövlətimizin sülh çağırışına isə qarşı tərəf əməl etmirdi. Bütün bunlara görə rəşadətli ordumuz bölgədə lokal xarakterli bir gündən az davam edən antiterror əməliyyatı nəticəsində Azərbaycan Qarabağdakı qanunsuz separatçı rejimin mövcudluğuna son qoydu və özünün beynəlxalq səviyyədə tanınmış əraziləri üzərində suverenliyini tam bərpa etdi”  Halbuki Ermənistana dəfələrlə xəbərdarlıq edilmişdi ki, təxribatçı əməllərinə son qoysun, razılaşmalara əməl etsin. Qarabağ Azərbaycan ərazisidir və bunu bütün dünya tanıyır, o cümlədən Ermənistan rəhbərliyi artıq bunu başa düşüb.

Bu ilki Novruz tonqalının Xankəndi şəhərində yandırılması isə xüsusilə vurğulanmalıdır, çünki  Xankəndi qədim Azərbaycan torpağıdır. 30 ildən çox idi ki, Xankəndi erməni separatçılarının nəzarətində idi  və biz beynəlxalq hüquq çərçivəsində öz ərazi bütövlüyümüzü, suverenliyimizi bərpa etmişik, BMT Təhlükəsizlik Şurasının dörd qətnaməsini özümüz döyüş meydanında bərpa etmişik. Bu gün artıq müstəqil Azərbaycanın peşəkar hərbçi kadrlardan ibarət, güclü maddi-texniki bazaya, müasir texnika və silahlara malik olan nizami ordusu vardır.

Əfsuslar olsun ki, azərbaycan xalqı İkinci Qarabağ müharibəsi zamanı və antiterror əməliyyatı nəticəsində böyük qəhrəmanlıq göstərsədə şəhidlərimizdə olub. Allah bütün şəhidlərimizə rəhmət eləsin. Yaralı əsgər və  zabitlərimizə allah şəfa versin. Onlar Vətən yolunda, haqq-ədalət yolunda, Azərbaycanın suverenliyi yolunda öz canlarını fəda etmişlər. Onların əziz xatirəsi bizim qəlbimizdə əbədi yaşayacaqdır.

Şəhidlərimizin, igid əsgər və zabitlərimizin fədakarlığı, peşəkarlığı, qəhrəmanlığı nəticəsində bu gün biz bu torpaqlarda qururuq, yaradırıq, bu torpaqlara həyat qayıdır. Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevin dediyi kimi biz iyirmi il torpaqlarımızın azad olunmasına hazırlaşmışdıq. Bir çox istiqamətlər üzrə planlı şəkildə işlər gedirdi. Beynəlxalq təşkilatlar bizim təşəbbüsümüzlə münaqişə ilə bağlı bizim mövqeyimizi dəstəkləyən və beynəlxalq hüquqa əsaslanan qərar və qətnamələr qəbul etmişlər və bu münaqişənin həlli üçün hüquqi və siyasi zəmin yaratmışdır.

Güclü iqtisadiyyat bizə imkan verdi ki, siyasi müstəvidə öz siyasətimizi müstəqil şəkildə aparaq. Bu gün Azərbaycan dünya miqyasında nadir ölkələrdəndir ki, onun siyasəti tamamilə müstəqildir, ancaq və ancaq Azərbaycan xalqının maraqlarına, iradəsinə əsaslanır. Təbii ki, əsas vəzifəmiz torpaqlarımızı işğalçılardan azad etmək idi.

Bizim gənclərimiz vətənpərvərlik ruhunda, milli ruhda yetişdirildi, üç il bundan əvvəl torpaqlarımızı azad etmək üçün ölümə getməyə hazır idilər və ölümə gedirdilər. Bir daha Allah bütün şəhidlərimizə rəhmət eləsin! Keçən əsrin 80-ci illərinin sonlarında Ermənistan bizə qarşı müharibə elan edərək, separatçı qüvvələri dəstəkləyərək, xalqımıza qarşı soyqırımı və digər qanlı cinayətlər törədərək öz çirkin arzularına çata bilmişdir.

Xankəndi Pənahəli xan tərəfindən salınmışdır. Xankəndi sovet dövründə də Azərbaycan büdcəsi hesabına, Azərbaycan memarları və inşaatçıları tərəfindən inşa edilmişdir. Bu   onu göstərir ki, bu şəhəri və keçmiş Dağlıq Qarabağ Muxtar Vilayətində olan bütün şəhərləri, kəndləri salan, yaradan, memarlığının müəllifi olan, inşaat işlərində iştirak edən Azərbaycan xalqının nümayəndələri idi. Şuşada ermənilər ikinci parlament binasını inşa etməyə çalışırdılar, onun inşa işləri başlamışdır, amma çatdıra bilməmişlər və o bina söküldü. O binanın yerində indi beşulduzlu “Şuşa” oteli yerləşir. Keçmiş dırnaqarası parlament binası da söküldü və söküntü işləri fevralın 26-da başlamışdır.

Bu gün doğma Qarabağımız, Şərqi Zəngəzur yenidən qurulur. Artıq Böyük Qayıdış başlayıb. Bu il Xankəndiyə və digər şəhərlərə, o cümlədən Xocalıya, Şuşaya, Cəbrayıla, Kəlbəcərə keçmiş köçkünlər qayıdacaqlar. Separatçıların tikdikləri binalar sökülür, onların yerində yeni binalar tikilir. Azərbaycan xalqı əmindir ki, cənab Prezident İlham Əliyevin rəhbərliyi ilə azad olunmuş ərazilər qısa müddətdə tam bərpa olunacaq, insanlar doğma yurdlarına qayıdaraq xoşbəxt ömür sürəcəklər.

Solmaz Babayeva,
Xəzər rayonu, R.Qasımov adına 216 nömrəli tam orta məktəbin müəllimi

Oxşar Xəbərlər

Back to top button