Prezident İlham Əliyev düşünülmüş islahatları və müdrik qərarları ilə Azərbaycanı dünyanın inkişaf edən ölkələri sırasına çıxarıb
Bu gün inamla, qətiyyətlə demək olar ki, Prezident İlham Əliyev dünyanın görkəmli dövlət xadimi və siyasi liderlərindən biridir. Son 20 ildə Azərbaycanın bütün sahələr üzrə sürətli inkişafı, ölkəmizin dünya birliyinə inteqrasiyası, qüdrətli dövlətlər sırasında yer alması bunu deməyə əsas verir. Dövlətimizin başçısı haqlı olaraq yeni əsrin yeni Lideri adlandırılır. Hər şeydən əvvəl, xüsusilə qeyd edilməlidir ki, Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə yenilməz Azərbaycan Ordusu işğalçı Ermənistan silahlı qüvvələrini cəmi 44 gün ərzində darmadağın edərək diz çökdürdü. Beynəlxalq ekspertlər də çox doğru olaraq vurğulayırlar ki, Azərbaycan Ordusu 44 gün ərzində dünya hərb tarixində sanki möcüzə göstərərək, misli görünməmiş uğurlu hərbi əməliyyat keçirməyə nail oldu. Bu Qələbə Azərbaycanın müstəqillik tarixinə əbədi həkk olundu. Həm də dövlət başçımızın həyata keçirdiyi uğurlu siyasətin ən yüksək zirvəsidir. Şanlı Zəfərdən sonra Azərbaycan qələbədən-qələbəyə doğru irəliləyir.
Biz birlikdə güclüyük şüarı xalqın qalib ruhunun güzgüsüdür. İqtisadi böhranlara, beynəlxalq təziqlərə və pandemiyanın yaratdıgı çətinliklərə rəğmən dövlət başçısı xalqa arxalanaraq Azərbaycanı hər zaman inkişafa dogru aparıb. Partiyaların həmrəyliyi ölkəmizdə olan siyasi potensialın yalnız dövlətin inkişafına və milli maraqlara xidmət etdiyinin sübutudur. İlham Əliyevin tapşırıgı ilə bütün siyasi partiyaların rəhbərləri ilə dəvamlı keçirilən görüşlər demokratik ənənələrin inkişafına xidmət edən təcrübəni göstərir.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev hakimiyyətə gəldiyi ilk gündən bu yana ümummilli lider Heydər Əliyevin apardığı çoxşaxəli daxili və xarici siyasət strategiyasını uğurlu şəkildə həyata keçirir. Dövlət başçısının reallaşdırdığı bir çox layihələr bu gün ölkəmizin inkişafında mühüm rol oynayır. Bunlara enerji sahələrini, neft və qaz sənayesini, daxili siyasət xəttində ölkədə həyata keçirilən islahatları misal çəkmək olar. Yaradılan hər yeni infrastruktur, aparılan hər islahat, qəbul edilən hər qanun, reallaşdırılan hər layihə, açılan hər təhsil və səhiyyə obyekti sadəcə ölkəmizin regionun aparıcı dövlətlərdən birinə çevrilməsinə xidmət edir.
Azərbaycan Respublikasının adını dünyanın və regionun tarixinə qalib xalq, qalib dövlət olaraq yazdıran ən mühüm hadisə isə, sözsüz ki, 2020-ci ildə baş verən Vətən müharibəsidir. 1990-cı illərdə Ermənistan tərəfindən vəhşicəsinə işğal edilən əzəli Azərbaycan torpaqları 30 illik işğaldan sonra Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında Azərbaycan Silahlı Qüvvələri tərəfindən işğaldan azad edilmişdir. Bu qələbənin, bu tarixə qızıl hərflərlə yazılmış Zəfərin ən böyük amillərindən biri Azərbaycan xalqının öz ölkə başçısına olan sədaqəti, etimadı və öz ordusuna olan inamı idi. Həmçinin, 2023-cü ildə həyata keçirilən antiterror tədbirləri nəticəsində Azərbaycan Respublikası öz suverenliyini tam bərpa etdi və haqlı mübarizəsindən qalib olaraq çıxdığını bütün dünyaya bəyan etdi.
Kərimov Qara,
YAP-ın fəalı