
Azərbaycan Prezidenti İlham Əliyev “Dövlət qulluqçularının təltif edilməsi haqqında” Sərəncam imzalayıb.
Aktualinfo.az AZƏRTAC-a istinadən xəbər verir ki, Sərəncama əsasən, dövlət qulluğunda səmərəli fəaliyyətinə görə 2 nəfər 3-cü dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə, 32 nəfər “Tərəqqi” medalı ilə, 193 nəfər “Dövlət qulluğunda fərqlənməyə görə” medalı ilə təltif olunub.
Həmçinin dövlət qulluğunda uzunmüddətli səmərəli fəaliyyətinə görə 2 nəfər “Əməkdar dövlət qulluqçusu” fəxri adına layiq görülüb.