
“Strateji və müttəfiq” səviyyəsindən çıxaraq yeni dövrə qədəm qoyur. O, bu səfərin iki ölkə üçün tarixi əhəmiyyət daşıdığını vurğuladı və əməkdaşlığın yüksək templə inkişaf etdiyini qeyd etdi.
Aliyev həmçinin bildirdi ki, Azərbaycan öz ərazisindən Ermənistan istiqamətində mal-yük tranzitinə dair məhdudiyyətləri aradan qaldırıb. Belə ki, Qazaxıstandan Ermənistan istiqamətinə ilk tranzit yükünün – taxıl kütləsinin – Azərbaycanın ərazisindən keçməsi buna nümunədir.
Prezident vurğuladı ki, bu addım yalnız kağız üzərində deyil, reallıqda sülhün tətbiq edilməsinin göstəricisidir. Yəni, yalnız razılaşma olmaq kifayət deyil — onun həyata keçirilməsinə yönələn addımların atılması vacibdir.
Nəhayət, Aliyev qeyd etdi ki, bölgədə nəqliyyat-logistika, enerji, rəqəmsal texnologiyalar sahəsində əməkdaşlıq imkanları genişdir və Azərbaycan bu sahələrdə Qazaxıstanla birgə layihələri sürətləndirmək niyyətindədir
Ələkbər Novruzov,
YAP Xəzər rayon təşkilatının fəalı


