Analitika

Parlamentlərarası İttifaqın Baş katibi Martin Çunqonqla görüş və dövlətimiz üçün önəmli məsələlərin müzakirəsi

Qeyd etmək lazımdır ki, Parlamentlərarası İttifaqın Baş katibi Martin Çunqonq Bakıda səfər çərçivəsində Prezident İlham Əliyevlə görüşmüş və Azərbaycanın ərazi bütövlüyünün bərpası münasibəsi ilə dövlət başçısını təbrik etmişdir. Prezidentimiz isə öz növbəsində təbrik üçün təşəkkürünü bildirib bu hadisənin dövlətimiz xalqımız üçün tarixi bir məqam olduğunu vurğuladı. Eyni zamanda vurğulanmışdır ki, Minsk qrupu 28 il ərzində münaqişənin həlli ilə bağlı məşğul olsa da sonda heç bir nəticə həll edilmədi. Onlar işğalçı Ermənistana təzyiq göstərmədilər, ərazilərin azad olunmadına təsir göstərə bilmədilər, məcburi köçkünlərin də geri qaytarılması təmin edilmədi.

44 günlük müharibədən sonra Azərbaycan tərəfi sülh müqaviləsinin bağlannması ilə əlaqədar təkliflə çıxış etmişdir. Amma təəssüflər olsun ki, Ermənistan tərəfindən buna adekvat cavab verilmədi. Ona görə Azərbaycan tərəfi sülh müqaviləsinin əsasını təşkil edən beynəlxalq hüquq normalarına uyğun 5 prinsip irəli sürüb ki, bunun əsasında danışıqlar prosesinin təşəbbüskarı Azərbaycan olub. Müharibənin bitməsinə baxmayaraq son 3 ildə Ermənistan Azərbaycanın Qarabağ bölgəsində separatizmi, maliyyə, hərbi və digər vasitələrlə dəstəkləməkdə davam edirdi. Buna görə antiterror əməliyyatlarının keçirilməsi qaçılmaz idi. Bu əməliyyatların vacibliyinin daha bir vacib səbəbi var idi. Belə ki, ötən ilin sentyabrın 2-də Ermənistan rəhbərliyinin qondarma “Dağlıq Qarabağ respublikası”nın “müstəqilliyi münasibəti ilə göndərdiyi təbrik, həmçinin sentyabrın 9-da keçirilmiş “prezident seçkiləri” hər hansı sülhə ciddi zərbə vurdu.

Qeyd etmək lazımdır ki, Azərbaycan Ermənistan arasında artıq de-fakto sülh mövcuddur. Lakin bu hadisənin məntiqi sonluğu kimi tərəflər arasinda sülh müqaviləsi imzalanmalı və ermənistan Azərbaycana qarşı ərazi iddialarına son qoymalıdır. Bunun üçün Ermənistan Konstitusiyasinda və digər normativ hüquqi sənədlərdə dəyişikliklər etməlidir. Məsələ bundadır ki, Ermənistanın müstəqillik haqqında Bəyənnaməsində və Konstitusiyasında Azərbaycana qarşı ərazi iddiaları, Qarabağın Ermənistana birləşdirilməsi haqqında birbaşa çağırışlar var idi. Eyni zamanda, digər hüquqi sənədlərdə və konvensiyalarda Ermənistan Azərbaycanın ərazi bütövlüyünü dəstəkləmirdi. Ermənistan beynəlxalq məhkəmələrdə də Azərbaycana qarşı ərazi iddiiaları səsləndirirdi.

Bundan başqa, rəsmi Paris regionda dağıdıçı siyasət həyata kecirərək od üzərinə benzin tökmək prinsipindən çıxış edir. Fransa Cənubi Qafqaz regionunda aparıçı mövqeyə nail olmaq, nüfuzunu gücləndirmək siyasəti həyata keçirir. Ermənistanın siahlandırılması bu siyasətin təzahürüdür.

Eyni zamanda daha bir vacib məsələ Parlamentlərarası İttifaqın Baş katibinin nəzərinə çatdırıldı. Bu isə Azərbaycan nümayəndə heyətinin etimadnaməsinin Avropa Şurası parlament Assambleyasında ratifikasiya edilməməsidir. Bu beynəlxalq riyakarlığın təzahürüdür. Bu addımlar dialoqa xidmət etmir. Bu cür təşəbbüslər parlament platformasının ənənələri ilə ziddiyət təşkil edir.

Biz belə düşünürük ki, Azərbaycan nümayəndə heyətinin hüquqları bərpa olunmalıdır. Bu hüquqlar bərpa olunmayacağı təqdirdə Azərbaycan tərəfindən də Avropa Şurası və Avropa İnsan Hüquqları məhkəməsində iştirak məsələsinə yenidən baxacaq. Qeyd etmək lazımdır ki, Azərbaycanın Qoşulmama Hərəkatına 4 illik sədrliyi müddətində bu təsisatin beynəlxalq nüfuzu artıb. Burada yeni əməkdaşlıq sahələri yaradılıb. Gənclər ölcülərinin və qadın platformasının təsis olunması istiqamətində təşəbbüslər irəli sürülmüşdür. Görüşün sonunda İqlim Dəyişikliyi ilə əlaqədar COP-29-la bağlı Azərbaycanın ev sahibliyi edəcəyi tədbirdən danışıldı, qarşıda duran mədələlər müzakirə edildi.

Əliyev Elçin,
Xəzər rayonu, 26№ li tam trta məktəbin müəllimi

Oxşar Xəbərlər

Back to top button