Analitika

Pakistan Azərbaycan qardaşlığı əbədidir

Türkiyə, Pakistan, Azərbaycan arasında xüsusi birlik, dostluq, qardaşlıq mövcuddur. Ikinci Qarabağ müharibəsində Türkiyə təmənnasız olaraq, Azərbaycanın yanında yer aldı, öz siyasi və mənəvi dəstəyini verdi. Pakistan da Azərbaycana açıq dəstəyini ifadə edən ölkədir. Bu baxımdan dövlətlərimizin xüsusi birliyi, dostluğu var. Azərbaycan bütün məsələlərdə Türkiyə və Pakistanın mövqeyini dəstəkləyir. Hər iki dövlət bir çox beynəlxalq forumlarda eyni maraqlardan çıxış edərək, öz fəaliyyətlərini koordinasiya edir, bir – birini müəyyən məsələlərdə qeyd – şərtsiz dəstəkləyir, beynəlxalq təşkilatlarda namizədlər məsələsində qarşılıqlı razılığa gəlirlər, iki qardaş dövlət, müdafiə, enerji, infrastruktur layihələrinin icrası, informasiya texnologiyaları, səhiyyə və əczaçılıq və s. xüsusilə bütün mümkün domentlərdə birgə müəssisələrin qurulması və digər sahələrdə əməkdaşlıq edirlər.

İstər Azərbaycan, istər Türkiyə, istərsə də Pakistan hər bir məsələlərdə eyni mövqedən çıxış edir, bütün platformalarda bir – birini müdafiə edir, bir – birinə dəstək verir. Azərbaycan illərdir terrorla üz – üzə olan Türkiyənin və Pakistanın yanındadır, onların terror və terrorçuluqlara qarşı bütün addımlarını istisnasız müdafiə edir. Türkiyə ilə Pakistan da daim Qarabağ ərazi, torpaq bütövlüyü məsələsində Azərbaycanın yanındadır. Azərbaycan Prezidenti Cənab Ilham Əliyevlə Türkiyənin Prezidenti Cənab Rəcəb Tayyib Ərdoğan arasında olan münasibətlər isə dünyaya örnək, nümunə, model olacaq qardaşlıq nümunəsidir.Pakistan Azərbaycanın müstəqilliyini Türkiyədən sonra ikinci tanıyan ölkədir. Pakistan həmçinin Azərbaycanda ilk səfirliyi açan ilk ölkələr sırasındadır. Pakistan və Azərbaycan arasındakı yaxın və səmimi əlaqələr mədəni, irs, qlobal və regional məsələlərlə bağlı sərgilədikləri birgə münasibət və beynəlxalq forumlarda əməkdaşlıqla xarakterizə olunur.

Qardaş ölkə Azərbaycana dəstək vermək,həmrəylik nümayiş etdirməklə bu günə kimi Ermənistanla diplomatik əlaqələr qurmayıb, onu bir dövlət kimi tanımayıb. Azərbaycan da bütün məsələlərdə Pakistanın mövqeyini dəstəkləyir. Hamıya məlumdur ki, ölkəmizin Pakistanla olan əlaqələri çox səmimi və yaxındır. Azərbaycan – Pakistan strateji tərəfdaşlığı uğurla inkişaf edir, dostluq münasibətləri daha da möhkəmlənir.

Sultanzadə Gülər,
Mədəniyyət Nazirliyinin Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin əməkdaşı, Yeni Azərbaycan Partiyasının fəalı.

Oxşar Xəbərlər

Back to top button