Analitika

Özbəkistan Prezidentinin Azərbaycana səfəri dostluq və etibarlı əməkdaşlığın nəticəsidir

Eyni ortaq tarixə və mədəniyyətə, milli adət-ənənələrə malik olan Azərbaycan və Özbək xalqları arasındakı dostluq və qardaşlığın kökləri tarixin dərin qatlarına çıxır. Özbəkistan hər zaman ölkəmizin ərazi bütövlüyünün bərpası işində Azərbaycanı dəstəkləyib. Qırx dörd günlük zəfər yolumuzda bir çox ölkələr kimi Özbəkistan da bizi dəstəkləyir, bütün dünya kimi haqlı mübarizəmizi görürdü. Azərbaycan xalqı ən ağır dövrdə özbək xalqının qardaşlıq dəstəyini hiss edirdi. Qeyd edək ki, bu bizim üçün çox qiymətlidir, bunlar bizim münasibətlərimizin tarixində unudulmaz hadisələrdir. Özbəkistan Prezidentinin 2019-cu ildə Bakıya səfəri zamanı Azərbaycan Prezidenti İlham Əliyev demişdi: “Əminəm ki, bu səfər bizim dostluq, qardaşlıq münasibətlərimizin inkişafına yeni təkan verəcək. Xalqlarımız arasında əlaqələr tarixin sınağından çıxıb. Özbək və Azərbaycan xalqları əsrlərboyu həmrəylik və sülh şəraitində yaşayıb, bir-birinə qardaş münasibəti bəsləyiblər. Bu, möhkəm təməldir. Bu gün müstəqil ölkələr olan Özbəkistan və Azərbaycan öz gələcəyini çox möhkəm, çoxəsrlik tarixi təməl üzərində qurur. Əminəm ki, bizim münasibətlərimizin durmadan inkişafı gələcək zəfərlərin rəhni olacaq. Biz həm qarşılıqlı siyasi əlaqələri, həm də iqtisadi əməkdaşlığı möhkəmləndirəcəyik. Nəqliyyat, energetika, turizm sahələrində çox yaxşı perspektivlər var. Biz bütün istiqamətlərdə fəal əməkdaşlığı, səmərəli nəticələri hədəf seçmişik.”

Onu da qeyd edək ki, Özbəkistan Prezidenti Şavkat Mirziyoyev özbək xalqı adından hədiyyə olaraq Qarabağda qazanılan 44 günlük zəfər ilə bağlı olaraq  Füzuli şəhərində məktəb binası inşa edilib. Məktəbdə 40 sinif otağı, 6 laboratoriya, 2 informatika otağı, 5 funksional tədris otağı, akt zalı, idman zalı, yeməkxana, kitabxanadan, Məktəbin ərazisində futbol meydançası, istirahət və keçiriləcək tədbirlər üçün yerlər, qazanxana, su çənləri, transformator yarımstansiyasından ibarətdir.

Azərbaycan-Özbəkistan əlaqələri bir daha onu göstərir ki, istər çətin zamanlarda, istərsə də əminəmanlıq şəraitində biz dost münasibətində olmuşuq. Hər iki tərəfin uzaqgörənliyi nəticəsində ümid edir ki, hələ uzun müddət bu dostluq, qardaşlıq münasibətləri davam edəcək.

Əliyeva Tünzalə,
Yeni Azərbaycan Partiyası Nizami rayon təşkilatının məsləhətçisi

Oxşar Xəbərlər

Həmçinin baxın
Close
Back to top button