Analitika

“Orta Dəhliz” fəaliyyəti ilə dünya ticarətinə mühüm töhfə verəcək

“Orta Dəhliz” yüklərin Çindən Avropaya və Yaxın Şərqə daşınması üçün ən təhlükəsiz marşrutlardan hesab edilir. Buna görə də, tarixi Böyük İpək Yolunun (Çin, Qazaxıstan, Türkmənistan, Azərbaycan, Gürcüstan, Türkiyə və daha sonra Avropaya) canlandırılmasına yönəlmiş “Orta Dəhlizi”in əhəmiyyəti artır. Ümumiyyətlə, Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutu kimi tanınan “Orta Dəhliz” Çin və Avro­panı birləşdirir. Çindən Türkiyəyə və eləcə də Avropa ölkələrinə və əks istiqamətdə yük daşımalarının artırılmasına xidmət edir. Bu dəhliz üzrə hərəkət edən blok qatarı yükləri orta hesabla 20-25 günə Çindən Avropaya çatdırır ki, bu da nəqliyyat dəhlizinin əsas üstünlüklərindən biri sayılır. Hələ 2017-ci ildə işə salınan layihənin əhəmiyyəti 2022-ci ildə Ukraynada hərbi əməliyyatların başlanmasından sonra kəskin şəkildə artıb. Bu, bir həqiqətdir ki, avropalılar Çindən malların fasiləsiz tədarükünü təmin etmək üçün yeni reallıqlara uyğunlaşmağa məcbur olublar. Əgər 2022-ci ilə qədər hamı Trans-Sibir dəmir yolundan istifadədən çox razı idisə, bu gün yeni şərtlər altında Avropa İttifaqı ilə ticarət ciddi şəkildə mürəkkəbləşib. Qeyd etmək yerinə düşər ki, dünyada qlobal enerji və ərzaq böhranının yaşandığı, eyni zaman­da, regiondakı sabitliyə və inkişafa təhdidlərin olması fonunda bu görüş xüsusi əhəmiyyət daşıyır. Üçtərəfli görüş nəticəsində imza­lanan Bakı Bəyannaməsində də qeyd olunduğu kimi, “Orta Dəhliz” marşrutunun tərkib hissəsi olan Zəngəzur dəhlizinin açılması böyük perspektivlər vəd edir. Təhlillərə görə, Zəngəzur dəhlizi Azərbaycan və ona aid olan Naxçıvanı birləşdirməkdən savayı, Şimal-Cənub və Şərq-Qərb tranzit yolları arasında mühüm əlaqə yaradacaq. Bununla yanaşı, üçtərəfli görüşdə bildirilmişdi ki, Ukrayna-Rusiya münaqişəsi təhlükəsiz və sabit nəqliyyat dəhlizlərinin olmasının vacibliyini nümayiş etdirdi. Ona görə də, həm daxili infrastruktura inves­tisiya qoymaq, həm də regionda imkanları genişləndirmək çox va­cibdir. Avropa istehlakçılarının artan tələbatını ödəmək üçün Azərbaycan gərgin çalışır. TANAP-ı 16 milyard kubmetrdən 32 milyard kubmetrə, TAP-ı isə 10 milyard kubmetrdən 20 milyard kubmetrə qədər genişləndirməliyik. TAP yalnız iki il bundan əvvəl açılmışdır. Lakin indi biz həcmi genişləndirməliyik. Beləliklə, əlavə maliyyələşmə tələb olunacaq və biz buna hazırıq. Ekspertlər də əmindirlər ki, “Orta Dəhlizi”nin fəaliyyəti dünya ticarətinə mühüm töhfə verəcək. Bir sözlə, Qərbdən Şərqə və Şimaldan Cənuba geniş coğrafiyada yeni marşrutlar yaradan layihələrin təşəbbüskarı və həyata keçirilməsi ilə Azərbaycan regionu nəqliyyat kommunikasiyaları şəbəkəsi ilə əhatə etmişdir. Görülən işlərin zəruriliyini, məqsədəuyğunluğunu və vaxtında olduğunu zaman və reallıq sübut edir ki, bu gün bir çox ölkələr Azərbaycanın təşəbbüsü ilə açılan yollara diqqət yönəldir. Xüsusi ilə də Türk dövlətləri arasında ticarət əməkdaşlığının dərinləşdirilməsi üçün tarixi İpək Yolunun bərpası önəmlidir. Məhsulların Xəzər dənizi vasitəsilə tranzitini nəzərdə tutan “Orta Dəhliz” bugünkü reallıqlar­da xüsusi əhəmiyyət kəsb edir. Dünyada ticarət əməliyyatlarının əsas hissəsinin Asiya ilə Avro­pa arasında həyata keçirildiyini nəzərə alsaq, Azərbaycanın qardaş və dost ölkələrlə “Orta Dəhliz”in səmərəliliyinin artırılmasına yönəlmiş birgə fəaliyyətinin strateji miqyasını təsəvvür etmək çətin deyil.

Günel Əbdürəhmanova,
YAP-ın gənc fəalı

Oxşar Xəbərlər

Back to top button