AnalitikaGündəmSiyasət

Ölkəmizin sülhə yönəlmiş siyasəti artıq konkret nəticələr verməkdədir

Prezident İlham Əliyevin Birləşmiş Ərəb Əmirliklərinə səfəri bir çox mühüm hadisələrlə yadda qaldı. İlk növbədə ölkələrarası münasibətlərin inkişafı baxımından vacib görüşlərin keçirilməsi, strateji tərəfdaşlıq münasibətlərinin bütün sahələrdə, o cümlədən siyasi, iqtisadi, enerji, həmçinin bərpaolunan enerji, mədəni, humanitar və digər istiqamətlərdə əməkdaşlığın daha da gücləndirilməsi məsələlərinin müzakirə edilməsi, Azərbaycan və BƏƏ prezidentlərinin iştirakı ilə “Cənub Qaz Dəhlizi” QSC-də İqtisadiyyat Nazirliyinə məxsus qeyri-nəzarət payının müəyyən hissəsinin Əbu-Dabi Milli Neft Şirkətinin investisiya qolu olan XRG şirkətinə satışı ilə bağlı alqı-satqı müqaviləsinə dair sənədin və Azərbaycan Respublikasının Müdafiə Nazirliyi ilə Birləşmiş Ərəb Əmirliklərinin Müdafiə Nazirliyi arasında müdafiə əməkdaşlığı razılaşması barədə niyyət məktubu da imzalanması, həmçinin, Azərbaycanın və Birləşmiş Ərəb Əmirliklərinin Silahlı qüvvələri arasında keçirilən “Sülh Qalxanı – 2026” birgə əməliyyat-taktiki təliminin keçirilməsi- bütün bunlar ikitərəfli əlaqələri daha da möhkəmləndirəcəkdir.

Prezident İlham Əliyevin Birləşmiş Ərəb Əmirliklərinə səfərində digər mühüm məqam, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev ilə Ermənistanın Baş naziri Nikol Paşinyan arasında keçirilən görüş idi. Bu görüş Cənubi Qafqazın memarlığının necə dəyişdiyini və bu gün regionda oyun qaydalarını kimin müəyyən etdiyini bir daha əyani şəkildə nümayiş etdirdi. Beynəlxalq platformalar görüşlər üçün şərait yarada bilər, lakin ikitərəfli dialoqu əvəz edə bilməz. Faktiki olaraq, İrəvan da bu məntiqə əməl edir. Əbu-Dabi ötən ilin yayında olduğu kimi, bu dəfə də əhatəli və məzmunlu müzakirələrin aparıldığı məkana çevrildi.

Fevralın 4-də Əbu-Dabidə baş tutan mərasim həm də simvolik məna daşıyır. Birləşmiş Ərəb Əmirlikləri dünyada sülh və tolerantlıq mərkəzi kimi tanınır. Azərbaycan da eyni dəyərləri paylaşır. İki ölkə arasındakı strateji tərəfdaşlıq münasibətləri bu mükafatla daha da dərinləşir. Təqdimat mərasimində iştirak edən dünya liderləri, nüfuzlu din xadimləri və ictimaiyyət nümayəndələri Azərbaycanın uğurunu alqışlayırlar. Tarix sübut edir ki, dağıtmaq asandır, qurmaq isə çətin. Prezident İlham Əliyev ən çətin olanı seçdi və uğur qazandı.

Şübhəsiz ki, Prezident İlham Əliyevə ən böyük və əvəzolunmaz mükafat Azərbaycan xalqı özü verib. Bu, etimad və sevgi mükafatıdır. O, Xilaskar, Qalib Sərkərdə və Müzəffər Ali Baş Komandan kimi iki əsrdən bəri xalqımızın qarşısında duran ən çətin və ağrılı məsələnin həllinə nail oldu. İndi tam qətiyyətlə deyə bilərik ki, Prezident İlham Əliyev dövlətimizi uğurla gələcəyə doğru aparan, ən yüksək zirvələri fəth etməyə qadir Liderdir.

Tağı İmamverdiyev,
YAP Ağstafa rayon təşkilatının əməkdaşı

Oxşar Xəbərlər

Back to top button