Analitika

Ölkəmiz hər zaman türk dünyasının sıx birləşməsinə öz töhfələrini verib

Son illər regionda və dünyada cərəyan edən qlobal siyasi-iqtisadi proseslər də türk xalqlarının birliyini aktual məsələ kimi gündəmə gətirir. Bu mənada, türk dövlətlərinin müxtəlif təşkilatlar çərçivəsində əməkdaşlığı da xüsusi vurğulanmalıdır. Belə təşkilatlardan biri də, Türk Dövlətləri Parlament Assambleyasıdır. Cari ilin 6 İyun tarixində Bakıda TÜRKPA-nın növbəti plenar iclası keçirilmişdir. Azərbaycan Prezidenti cənab İlham Əliyev TÜRKPA-nın nümayəndə heyətini qəbul qəbulu zamanı çıxışında Türk dünyasının birliyi və bu ailənin daha da güclənməsi baxımından olduqca vacib məqamlara toxunub, önəmli mesajlar verib. Dövlətimizin başçısı çıxışı zamanı TÜRKPA-nın Türk dövlətlərinin birliyini möhkəmləndirən bir platforma olduğunu vurğulayaraq, bu birliyin Azərbaycanın xarici siyasətində prioritet.

İstiqamət kimi qəbul edildiyini bildirib. Ölkə rəhbəri həmçinin, Türk dünyası ilə əlaqələrin genişləndirilməsinin və bu istiqamətdə görülən işlərin əhəmiyyətini qeyd edərək, yaxın gələcəkdə Şuşada keçiriləcək Türk Dövlətləri Təşkilatının qeyri-rəsmi Zirvə görüşünün də əhəmiyyətini vurğuladı.

Azərbaycan Prezidenti çıxışında bildirmişdir ki, bizim ailəmiz Türk dünyasıdır, bizim başqa ailəmiz yoxdur. Bu fikir Azərbaycanın Türk dünyası ilə əlaqələrinin nə dərəcədə vacib olduğunu və bu əlaqələrin davamlı olaraq inkişaf etdirilməsinin ölkənin strateji məqsədlərindən biri olduğunu bir daha təsdiqləyir. Türk Dövlətləri Təşkilatının xətti ilə görülən işlər bu birliyi daha da gücləndirir və hər bir Zirvə görüşü bu məqsədlərə nail olmaq yolunda atılan əhəmiyyətli addım kimi qiymətləndirilir. Şuşada keçiriləcək Zirvə görüşü Türk dünyasının nəqliyyat və iqlim məsələləri üzərində daha çox diqqət yetirməsini nəzərdə tutur. Bu mövzuların seçilməsi Türk dövlətlərinin regional və qlobal əhəmiyyətini artırmaq və onların iqtisadi əlaqələrini daha da gücləndirmək üçün vacibdir. Orta Dəhlizin fəaliyyətə başlaması və bu marşrutla yükdaşımaların artırılması da Türk dövlətləri arasında iqtisadi və ticarət əlaqələrin genişləndirilməsi üçün əhəmiyyətli rol oynayacaq.

Prezident İlham Əliyev çıxışında TÜRKPA-nın Türk dövlətləri üçün vacib bir platforma olduğunu və bu platformanın Türk dünyasının birliyini gücləndirməkdə mühüm rol oynadığını vurğulayıb. Bu iclaslar Türk dövlətləri arasında daha dərin əlaqələrin qurulmasına və bu dövlətlərin birgə fəaliyyət göstərməsinə imkan yaradır. Dövlət başçısı tərəfindən səsləndirilən fikirlər Azərbaycanın xarici siyasətində Türk dünyasının gücləndirilməsinin prioritet istiqamət kimi müəyyən edildiyini bir daha təsdiqləyir. Ölkəmiz hər zaman türk dünyasının sıx birləşməsinə öz töhfələrini verib və bundan sonra da bu kursa sadiq qalacaq.

Bədiyyə Sadıqova ,
YAP-ın gənc fəalı

Oxşar Xəbərlər

Back to top button