Analitika

Ölkəmiz beynəlxalq təcrübəsində nailiyyətlərə çatmış və dünya ictimaiyyətinin diqqətini cəlb etmişdir

Müzəffər Ali Baş Komandanımız cənab İlham Əliyevin rəhbərliyi altında Şanlı Azərbaycan ordusunun sücayəti və qahrəmanlığı sayəsində Azərbaycanın haqq davası olan 44 günlük Vətən Müharibəsi zamanı işğaldan azad olundu və tarixi ədalət bərpa olundu. Bu müharibə xalqımızın milli həmrəyliyinin, öz haqqı uğrunda mübarizə aparmaq əzminin nümayişi oldu. Azərbaycan BMT-nin və digər Beynəlxalq  qurumların qərar və qətnamələrini döyüş meydanında təkbaşına özü yerinə yetirdi və tarixi ədaləti bərpa etməklə öz ərazi bötövlüyünü təmin etmiş oldu. Bu gün işğaldan azad olunmuş ərazilərdə infrastruktur quruculuğu, nəqliyyat qovşağlarının bərpası və digər sosial yönümlü layihələrin icrası uğurla və çox surətlə davam etdirilir. Bütün sadalanan bu amillər Azərbaycanın nə qədər güclü və qüdrətli bir dövlət olduğunu bir daha sübuta yetirmiş olur. Müzəffər Ali Baş Komandan İlham Əliyevin hərbi-siyasi qələbəsi ilə bitən bu savaş ilk növbədə dünyaya Azərbaycan qüdrətini nümayiş etdirmiş oldu. İşğalçı Ermənistan 30 ilə yaxın müddətdə büynəlxalq təşkilatların yaratdıqları ikili standartlar prinsipi və cəzasıqlıq mühitindən yararlanaraq məkirli oyunlarından əl çəkmədi. Azərbaycana qarşı bütün dövrlərdə təxribatlar törədildi. Amma Azərbaycan dövləti və onun uzaqgörən lideri Prezident İlham Əliyev hər zamankı kimi səbr nümayiş etdirdi, münaqişənin Azərbaycanın ərazi bütövlüyü çərçivəsində sülh yolu ilə həllinin tərəfdarı oldu. Ermənistan isə status-kvonun saxlanması üçün bütün çirkin oyunlara əl atdı. Müzəffər Ali Baş Komandan, ölkə Prezidenti cənab  İlham Əliyev bu qələbənin müəllifi kimi torpaqlarımızı işğaldan məhz güc yolu ilə azad edərək Ermənistanın müdafiəsinə qalxmış dövlətlərə və siyasi mərkəzlərə öz yerlərini göstərdi. Beləliklə, Azərbaycan BMT Təhlükəsizlik Şurasının qətnamələrini, ATƏT-in qərarlarını yerinə yetirməklə 30 ilə yaxın idi ki, təhdid mənbəyi olan münaqişəyə son qoydu, ərazi bütövlüyünü təmin etdi.Prezident cənab İlham Əliyev 3 noyabr 2023-cü il tarixində Astanada Türk Dövlətləri Təşkilatının “Türk Əsri” çağırışı altında 10-cu yubiley Zirvə görüşündə çıxışı zamanı bildirdi ki, “2020-ci ildə Ermənistan rəhbərliyinin təxribat xarakterli hərəkətləri və bəyanatları, o cümlədən hərbi təxribatları İkinci Qarabağ müharibəsini qaçılmaz etdi.Vətən Müharibəsindəki şanlı Zəfərimizdən sonra regionda yeni geosiyasi vəziyyət yaranıb,  bu proseslər Azərbaycanın xeyrinə davam edir.  Çunki, bu gün Azərbaycan sözün əsl mənasında həm Beynəlxalq aləmdə, həm də regionda böyün nüfuza sahib olan bir dövlətdir. Tam əminliklə deyə bilərik ki, ölkə Prezidenti cənab İlham Əliyevin rəhbərliyi və yorulmaz fəaliyyəti nəticəsində ölkəmiz yeni yeni uğurlara, yeni yeni qələbələrə imza atacaqdır.Bu gün Azərbaycan müstəqil siyasət yürüdür və öz milli maraqları çərçivəsində, Beynəlxalq hüquq normalarına əsaslanaraq öz siyasi mövqeyini ortaya qoyur. Məhz bu siyasətin nəticəsidir ki, Azərbaycan nəinki regionda, Beynəlxalq aləmdə böyük nüfuz sahibi olan bir dövlətə çevrilmişdir.

Rza Eyvazlı,
YAP-ın gənc fəalı

Oxşar Xəbərlər

Həmçinin baxın
Close
Back to top button