Ölkə iqtisadiyyatının dayanıqlığının şaxələndirilməsi öncəlikli vəzifələrdəndir
Son illər ölkəmizdə hökumət tərəfindən iqtisadi fəaliyyətin dəstəklənməsi və iqtisadiyyatın inkişafının dinamikasına müsbət təsir göstərilməsi ilə bağlı çoxsaylı addımlar atılmışdır. Bu addımların nəticəsi olaraq makroiqtisadi sabitlik qorunmuş və iqtisadiyyatın rəqabət qabiliyyəti yüksəldilib. Həmçinin, yüksək iqtisadi inkişafın təmin edilməsi üçün qeyri-neft sektoruna böyük həcmdə investisiyaların yatırılması şərtləndirilib. Bu dəstəkləmələr və investisiyaların nəticəsində ölkədə iqtisadi artım və qeyri-neft iqtisadiyyatında pozitiv göstəricilər əldə edilib. Qeyri-neft qaz sənayesində 6,5 faiz, ümumi sənaye istehsalında 3 faiz artım qeydə alınmışdır. Ölkənin sənaye potensialının maksimum reallaşdırılması, dövlət büdcəsinin investisiya xərclərinin sürətlənməsi və işğaldan azad olunmuş ərazilərdə genişmiqyaslı tikinti-bərpa işlərinin həyata keçirilməsi də öz təsirini göstərir. Bütün bu addımların nəticəsi olaraq ölkədəki əsas kapitala investisiyaların artımı müsbət zonaya çatmışdır. Son illərdə əldə edilən sosial-iqtisadi uğurların ardıcıl xarakter daşımasının nəticəsi olaraq ölkə iqtisadiyyatının dinamik inkişafı təmin edilib. Hazırda isə öncəlikli vəzifələr arasında ölkə iqtisadiyyatının dayanıqlığının şaxələndirilməsi və rəqabət qabiliyyətinin təmin edilməsi yer alır. Bu sayədə Azərbaycan son illərdə dünyanın ən sürətlə və istiqrarlı inkişaf edən ölkələrindən birinə çevrilmişdir. Maliyyə vəziyyətinin yaxşılaşması da sosial sahədəki uğurların artmasına və dövlət siyasətinin daha uğurla reallaşdırılmasına kömək etmişdir. Vergi-gömrük sahələrində aparılan yeniliklər, vergi və gömrük orqanlarında islahatlar maliyyə imkanlarının genişlənməsinə və sosial məsələlərin həllinə təsir göstərmişdir. Azərbaycan Respublikasının Prezidentİ cənab İlham Əliyev müşavirədəki çıxışında son vaxtlar həyata keçirilən islahatların nəticəsi kimi, vergi orqanının büdcə daxilolmalarındakı rolunu yüksək qiymətləndirərək, bu qurumun şəffaf fəaliyyəti, habelə islahatlar hesabına büdcə daxilolmalarının böyük dərəcədə artdığını diqqətə çatdırıb. Dövlət başçısı, həmçinin vurğulayıb ki, daxil olan əlavə gəlirlər, ilk növbədə, sosial məsələlərin həllinə, insanların rifahının yaxşılaşdırılmasına yönəldilir. Bütün bunlarla bağlı ölkə rəhbəri qeyd etmişdir: “Maliyyə sektorundakı nizam-intizamın möhkəmləndirilməsi, vergi və gömrük orqanlarında islahatların davam etdirilməsi, şəffaflığın təmin edilməsi – bütün bu amillər imkan verdi ki, ilin ortasında biz büdcəyə yenidən baxaq və dürüstləşmə aparaq”. Ayrıca, Vətən Müharibəsi sonrası Qarabağın dirçəldilməsi və bölgədəki tikinti-quruculuq işlərinin həyata keçirilməsi də iqtisadi potensialın əhəmiyyətli bir rol oynadığını göstərir. Məcburi köçkünlərin doğma yerdən qayıtması üçün bölgəyə böyük maddi imkanlar səfərbər edilmişdir. Cənab İlham Əliyevin çıxışında vurğulandığı kimi, bu dönəmdə Azərbaycan-Ermənistan əlaqələrinin normallaşdırılması üçün də addımlar atılmışdır. Ümumiyyətlə, son illərdə müstəqil Azərbaycanımızın inkişafı hər gün daha da böyüməkdədir. Bu inkişafın səbəbi, iqtisadi fəalliyyətin dəstəklənməsi, iqtisadi artımın yüksəldilməsi, qeyri-neft sektorunun inkişafının təmin edilməsi, sosial sahədə prioritetli addımların atılması, maliyyə intizamının gücləndirilməsi və islahatların davam etdirilməsidir.
Günel Əbdürəhmanova,
YAP-ın gənc fəalı