Analitika

Ölkə başçımız yeni çağırışlar dövründə ölkəmizin daha da güclənməsi üçün böyük işlər görür

Uzun müddətdir keçirilən Davos İqtisadi Forumuna müxtəlif ölkələrin başçıları, görkəmli bir sıra cəmiyyətlərin rəhbərləri qatılır. Bu il keçirilən Davos İqtisadi Forumunda isə pandemiya dövründə yaranmış vəziyyət, problemlərdən çıxış yolları, iqtisadiyyatın şaxələndirilməsi və inkişafı mövzularını əhatə edən mövzular müzakirə olundu. Bu forum hər bir ölkə kimi, əlbəttə, Azərbaycan üçün də istər iqtisadi, istərsə də siyasi önəm daşıyırdı. Bu tədbir ümümdünya iqtisadi görüşünün yaranmasında həyati rol oynadığı qədər, qlobal iqtisadiyyata və siyasi proseslərə də unikal yollar açır. Bu məcradan baxdıqda Foruma Cənab Prezident İlham Əliyevin növbəti dəfə dəvət olunması Azərbaycan Prezidentinin yeni dünya quruluşu dövründə də beynəlxalq aləmdəki yüksək nüfuzunun daha bir göstəricisidir. Keçirilən forumda Prezident İlham Əliyev öz nitqində Azərbaycanın siyasi və iqtisadi siyasəti barədə bütün həqiqətləri  iştirak edən nüfuzlu şəxslərə olduğu kimi çatdırdı. Bundan əlavə Azərbaycanın ümumdünya enerji şirkətləri ilə imzaladığı anlaşmaların və sazişlərin ölkəmizə 22 min meqavatadək külək və günəş enerjisini istehsal etmək imkanı yaradacağını bəyan etdi. Bu da ölkəmizə sözsüz ki,əvəzsiz töhfə verəcəkdir. Bunlardan əlavə yeni dünya düzənin tələbinə uyğun enerji təchizatına önəm verilməsi, xüsusilə işğaldan azad edilmiş ərazilərin yaşıl enerji zonası elan olunması nəzərə alınaraq həyata keçirildiyi bəyan edilməklə Prezident İlham Əliyevin Azərbaycanı yeni çağırışlar dövründə alternativsiz tərəfdaşa çevirməkdə olduğu aydın görünür.Prezident İlham Əliyevin 2023-cü il 17 yanvar tarixində Davosda Çinin CGTN (China Global Television Network) televiziya kanalına müsahibəsində qeyd etdiyi kimi “Prezident İlham Əliyev bütün verdiyi sözləri yerinə yetirib. Siyasi həyatda heç vaxt olmayıb ki, Prezident İlham Əliyev söz verdiyinin arxasında dayanmasın. Verilən bütün sözlər yerinə yetirilib.” O cümlədən bildirib ki, Çin ölkəmizlə etibarlı münasibətlərə malikdir. Çin və Azərbaycan yaxşı dostlardır. Hər iki ölkənin dövlət başçıları arasında görüşlər təşkil olunur. Xüsusi olaraq qeyd etməlik ki, Çinin dövlət başçısı Si Cinpin ötən ilin payızında “Bir kəmər, bir yol” Sammiti çərçivəsində Pekində Prezident İlham Əliyevi “Çinin böyük dostu” adlandırmışdır. Azərbaycanla Çin arasında əməkdaşlıq üçün çox möhkəm siyasi platforma qurulub. 30 il ərzində davam edən siyasi münasibətlər artıq ölkələrin yaxşı tərəfdaş və bir-birinə etibar edən dostlar olduğumuzu nümayiş etdirir.

Rza Eyvazlı,
YAP-ın gənc fəalı

Oxşar Xəbərlər

Back to top button