Analitika

Nüfuzlu idman yarışlarına ev sahibliyi etməyimiz ölkəmizə olan etimadın göstəricisidir

1993-cü ildə Ulu öndər Heydər Əliyevin hakimiyyətə gəlişindən sonra bütün sahələrdə olduğu kimi, idman sahəsində də uğurlar başlamışdır. Müstəqilliyin bərpasından bir il sonra Milli Olimpiya Komitəsi yaradıldı. Milli Olimpiya Komitəsinin rəhbəri olan Cənab Prezident İlham Əliyev bu uğurlu siyasəti layiqinci davam etdirməkdədir. Dünyanın idman arenasında artıq özünə layiqli yer tutan Azərbaycan həm də bir çox beynəlxalq yarışlara ev sahibliyi edir. Azərbaycanda keçirilən Avropa, dünya çempionatları silsilə xarakter daşıyır. Hər il ölkədə bədii gimnastika, taekvando, güləş, boks, karate, futbol və s. Bu kimi idman növləri üzrə dünya və qitə çempionatları, Olimpiya Oyunlarının lisenziya turnirləri keçirilir. İdman ölkəsi kimi tanınan Azərbaycanda son illər dünya və Avropa miqyaslı onlarca yarış keçirilib. Ümumilikdə son 10 ildə Azərbaycanda 300-dən çox beynəlxalq yarış keçirilmişdir. Son illərdə  dünyanın idman ictimaiyyətinin diqqətini çəkən, sayca daha çox ölkə və idmançıların qatıldığı  ən irimiqyaslı yarışlar məs bizim ölkəmizdə keçirilmişdir. Azərbaycanda bütün beynəlxalq idman yarışları yüksək səviyyədə keçirilir. Demək olar ki Azərbaycanın bütün regionlarında yüksək seviyyəli Olimpiya kompleksləri tikilmişdir. Buda öz nəticəsində təkcə paytaxda yox, digər şəhər və rayonlarda idmanın inkişafına öz töhvəsini  verməkdədir. Bizim qonaqpərvərliyimiz, eyni zamanda, təşkilatçılıq imkanlarımız, təşkilatçılıq qabiliyyətimiz çox gözəl bir mühit yaradır. Təsadüfi deyildir ki, 2012-ci il Azərbaycanda “İdman ili” elan edilmişdir. Bu günə qədər Avropa Oyunları keçirilməmişdir. İlk oyunların Bakıda keçirilməsi əlbəttə ki, böyük nailiyyətdir, bizim böyük uğurumuzdur. Bundan əlavə Avropa standartlarına cavab verən Bakı Olimpiya stadionunun tikintisi və bu stadionda tarixi UEFA Avropa Liqasının final mərhələsinin keçirilməsi Azərbaycanda idmanın bütün növlərinə olan diqqetin bariz nümunəsidir. Həmçinin Bakıda “Formula-1” yarışları 2016-cı ildən keçirilir. Bakıda təşkil olunmuş ilk belə yarış Avropa Qran-prisi adlanırdı. Onuda qeyd edim ki  “Formula-1” üzrə 2021-ci il Azərbaycan Qran-prisidə uğurlu baş tutmuşdur. Dördüncü İslam Həmrəyliyi Oyunlarının 2017-ci ildə Azərbaycanda keçirilməsinə qərar vermişdir. Bakı 2017 IV İslam Həmrəyliyi Oyunları 12-22 may tarixlərində keçirildi. İdman oyunlarında 21 idman növü üzrə 54 dövlətin 3 000-dən çox idmançısı mübarizə apardı. İslam oyunlarının Azərbbaycanda keçirilməsi eyni zamanda, bütün İslam dünyasının birlik, həmrəylik günləri olmuşdur.

Sübhan Ərəbi,
YAP-ın gənc fəalı

Oxşar Xəbərlər

Back to top button