Analitika

Nüfuzlu beynəlxalq tədbir

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin zəngin dövlətçilik fəaliyyəti, siyasi görüşlərin bütövlüyü, azad, demokratik baxış mövqeyi özünü 50 ildən sonra 2023-cü il oktyabr ayının 2-də Azərbaycanda keçirilən 74-cü beynəlxaq Astronavtika Konqresinin açılış mərasimində də göstərmişdir. Beş mindən artıq iştirakçı, 100 dən artıq ölkəni təmsil edən Astronavtika Konqresinə ev sahibliyi etmənin məmnunluğunu vurğulayan Prezident İlham Əliyev iştirakçılara Azərbaycanın tarixi, mədəniyyəti, xalqı haqqında geniş məlumat verərək hal-hazırda üç peykin azərbaycanlı mütəxəssislər tərəfindən idarə olunduğunu və onların təkcə Azərbaycana deyil, 45-dən artıq ölkəyə xidmət göstərirlər deyə qeyd etmişdir. Cənab prezident “müasirləşmə”nin Azərbaycan ilə səsləşməsini xatırladaraq “Müasirləşdirilmə sözü bizim gələcəklə bağlı baxışımızı, gündəliyimizi və planlarımızı səciyyələndirir” deyə fikir bildirmişdir.

Avropa İttifaqının 9 üzvü ilə strateji tərəfdaşlıq haqqında bəyannamə imzalandığını xatırladan Prezident İlham Əliyev bunun bizim xarici siyasətimizi nümayiş etdirdiyini qeyd etmişdir. Eyni zamanda, o, Azərbaycanın iki mühüm beynəlxaq təsisatın – İslam Əməkdaşlıq Təşkilatının və Avropa Şurasının üzvü olduğunu xatırlatmışdır. Cənab Prezident Azərbaycanın Avropa və Asiya arasında yerləşməsini, eyni zamanda iki qitə arasında təbii olaraq mədəni, nəqliyyat və hazırda iqtisadi körpü rolunu oynamasının regionda geniş əməkdaşlıq qurmaq imkanı yaratdığını bildirmişdir. BMT-nin Azərbaycanın multikulturalizmin təşviqi sahəsində səylərini tam destəklədiyini qeyd edən İlham Əliyev ölkəmizin təşəbbüsü ilə mütəmadi olaraq keçirilən Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunun vacibliyini vurğulamış, bunu sivlizasiyaların nümayəndələri arasında təmasların daha nəticəyönümlü olması üçün unikal bir platforma kimi vurğulamışdır. Neftin inkişaf etmək, müstəqilliyimizi gücləndirmək, milli kimliyimizi qorumaq və eyni zamanda güclü iqtisadiyyat qurmaq üçün Azərbaycan xalqına vacibliyini söyləmişdir.

Üç il əvvələ qayıdan Müzəffər Ali Baş komandan 30 il ərzində pozulmuş ərazi bütövlüyümüzün bərpası haqqında danışarkən böyük qurur hissi ilə bugünkü Azərbaycanı 1990-ci ildəki Azərabycanla müqayisə edərkən xalqımızın güclü siyasi iradə göstərdiyini qeyd etmişdir. ATƏT kimi beynəlxalq təşkilatların danışıqlarda vasitəçilik etmək mandatı olduğunu qeyd edən Prezident İlham Əliyev nəticənin sıfır olduğunu, Azərbaycan cəmiyyətində tam məyusluq və narazılıq yaratdığını söyləmişdir.

“Bu gün biz göstəririk ki, həqiqətən müstəqil ölkə olmaq üçün güclü iqtisadiyyat lazımdır. Biz aydın şəkildə anlayırıq ki, bütün əsas səylərimiz özünü təmin edən iqtisadiyyatın necə qurulmasına yönəlmişdir. Yəni biz hər hansı qlobal güc mərkəzindən və ya hər hansı maliyyə təsisatından asılı vəziyyətə düşməyək. Bununla da ölkənin birbaşa xarici borcun həcmini azalda bildik və hazırda o, ümumi daxili məhsulun təxminən 10 faizini təşkil edir” fikrini səsləndirən Prezident İlham Əliyev büdcə gəlirlərimizin 30 dəfədən çox artdığını, xarici ticarət dövriyyəsinin 10 dəfədən çox artdığını qeyd etmişdir.

Azərbaycanda baş verən inqilabi dəyişiklikləri böyük sevinc və qürur hissi ilə təqdim edən cənab Prezident ölkəmizin qonaqlarına söylədiklərini öz gözləri ilə görmək, insanlarla tanış olmaq və Azərbaycanı daha yaxından tanımağa dəvət etmişdir. Qədim mədəniyyətimizin və tariximizin olmasına baxmayaraq bizim hələ çox gənc, cəmi 32 yaşımızın olduğunu vurğulamışdır. Özünü də icmanın hissəsi kimi tədqim edən Prezident İlham Əliyev onun üçün əziz olan fotonu kosmosa çıxardığı üçün Çin astronavtlarına çox böyük minnətdarlıq etmişdir. Sonda konqresin işinə uğurlar arzu edən cənab prezident bizimlə olduqları üçün hər kəsə minnətdarlığını bildirmişdir.

Xəlilova Əfsanə,
Xəzər rayonu, 216№li tam orta məktəbin müəllimi

Oxşar Xəbərlər

Back to top button