Novruz bayramı artıq Xankəndidə qeyd olunur
Xankəndi Erməni işğalı altında qaldığı 30 ildən artıq dövrdə hər cür kriminal ünsürlərin məskəninə çevrilmişdir. Bu gün isə Müzəffər Ali Baş Komandan cənab İlham Əliyev münaqişə sonrası Qarabağda aparılan bərpa işlərində görünməmiş əzm və səbir nümayiş etdirir. 30 il səbr edib sonunda şəhid qanları bahasına tam suverenliyinə qovuşan ölkəmiz Xankəndinin də sabahının daha aydın və daha şəffaf olacağından əmindir. İşğal dövründə normal inkişafdan geri düşmüş regionun yenidən bərpasına başlayan və öz əzəli sakinlərinə qovuşması üçün dövlətimiz böyük səylər göstərməkdədir. Ölkə başçısı cənab İlham Əliyevin uzaqgörən, uğurlu daxili və xarici siyasətidir ki, bu gün Azərbaycan regionun güclü dövlətidir. Bir şəxsiyyət olaraq İlham Əliyevin dediyi sözlər və verdiyi qərarlar birmənalı şəkildə hər kəsdə güvən və etibar yaradır. İşğaldan azad edilən ərazilərdə görülən işlər, həyata keçirilən tədbirlərin sürətlə davam etdirilməsi ölkəmizin düşünülmüş siyasətinin nəticəsidir. Xalqımız öz tarixi torpaqlarına 30 illik işğala son qoyaraq, tarixi ədaləti bərpa edərək geri qayıdır. Ermənistan tərəfindən viran qoyulmuş, dağıdılmış Azərbaycan torpaqları öz sahibinə qovuşaraq özünün yeni çiçəklənən dövrünə qədəm qoyur. Dövlətimiz qısa zaman müddətində zəfər çalmış ölkə olaraq işğaldan azad edilmiş torpaqlarını cənnətə çevirir. Artıq dördüncü dəfədir ki, bayram tonqalı azad edilmiş Qarabağ torpağında qalanır. 2021-ci ildə Şuşada, 2022-ci ildə Suqovuşanda, keçən il Talış kəndində, bu dəfə isə Xankəndi şəhərində bayram tonqalı qalanır. Bu gün biz azad edilmiş Qarabağda başımızı dik tutaraq yaşayırıq. Sevinclə bu il Xankəndiyə ,Xocalıya, Şuşaya, Cəbrayıla, Kəlbəcərə və digər şəhərlərə keçmiş köçkünlərin qayıdacaqlarını gözləyirik.
Aynur Mehdiyeva,
YAP Nizami rayon təşkilatının məsləhətçisi.