Novruz, Azərbaycanda ve bir çox ölkələrdə qeyd edilən ənənəvi bir bahar bayramıdır
Bu bayram, ədətən 20-21 Mart tarixlərində, baharın gəlişini ve təbiətin yenidən canlanmasını qeyd etmək məqsədilə keçirilir. Novruz, min illik bir keçmişə sahibdir ve kökləri Zərdüşt dini ve İran mədəniyyətinə gedib çıxır. Bu bayram, günəşin yenidən doğuşu və təbiətin yenilənməsi mənasına gələn bir çox qədim ənənəvi ritualı özündə ehtiva edir. Novruz, zəngin rituallar və adətlərlə qeyd edilir. Bu adətlər arasında səməni hazırlamaq, bahar təmizliyi və s. kimi adətlər var. Novruza hazırlıq, bir neçə gün əvvəldən başlanır. Evlər təmizlənir, yeni paltarlar alınır ve ənənəvi Novruz yeməkləri hazırlanır. Bu yeməklər arasında şəkərbura, paxlava kimi şirniyyatlar bayramın gəlişindən bir nişanədir. Novruz, ailələrin bir yerə gelerek bayramı qeyd etdiyi kütləvi bir bayramdır. Bu bayram, birlik, bərabərlik və sevgi dolu bir cəmiyyətin formalaşmasına səbəb olur.
Əsrlərin sınağından çıxmış mənəvi dəyərlərimizi, adət-ənənələrimizi özündə yaşadan Novruz insanlar arasında birliyin və mehribanlığın möhkəmləndirilməsi, onların bir-birinə mərhəmət və diqqət göstərməsi kimi sağlam bir təməl yaratmışdır. Novruz bayramı sağlamlığın, firavanlığın başlanğıcıdır. Novruz başdan-başa ruh yüksəkliyi, əmək coşqunluğu, torpağa, insana məhəbbət bayramıdır. Elə bu məhəbbətlə bağlı yaranmış Novruz tapmaca, atalar sözü və adətlərində ulu babalarımızın müdrik dünya görüşü, humanist baxışları, həlim, qayğıkeş təbiəti özünü göstərir.
Novruz həm bizim dövlət statuslu milli bayramımızdır, həm də ümumbəşəri mahiyyət daşıyan bayramdır. Bu bayramın çox gözəl mənalarından biri ondan ibarətdir ki, Novruz bərabərlik, dostluq və qardaşlıq bayramıdır. Novruz başdan-başa ruh yüksəkliyi, əmək coşqunluğu, torpağa, insana məhəbbət bayramıdır.
Kərimov Qara,
Yap-ın fəalı