Gündəm

Nizami rayonunda “Heydər Əliyev və Azərbaycan dili” mövzusunda dəyirmi masa keçirilib

“Heydər Əliyev İli” çərçivəsində Nizami Rayon İcra Hakimiyyətinin və Yeni Azərbaycan Partiyası Nizami rayon təşkilatının birgə təşkilatçılığı ilə 1 avqust – Azərbaycan Əlifbası və Azərbaycan Dili Günü münasibətilə “Heydər Əliyev və Azərbaycan dili” mövzusunda dəyirmi masa keçirilib.

Aktualinfo.az xəbər verir ki, tədbir iştirakçıları öncə Ümummilli Lider Heydər Əliyevin büstü önünə gül dəstələri düzüb, xatirəsini ehtiramla yad ediblər.

Dəyirmi masada Nizami Rayon İcra Hakimiyyəti başçısının müavini İldırım Mehdiyev, Milli Məclisin deputatı Sədaqət Vəliyeva, Azərbaycan Dövlət Pedoqoji Universitetinin Müasir Azərbaycan dili kafedrasının müdiri, fəlsəfə doktoru, dosent Könül Səmədova və YAP Nizami rayon təşkilatının sədri Ramil Vəlibəyov çıxış ediblər.

Tədbirin sonunda mövzu ilə bağlı müzakirələr keçirilib, iştirakçılar tərəfindən bir sıra təkliflər verilib.

Oxşar Xəbərlər

Back to top button