
“Neftçi” növbəti transferini rəsmiləşdirib.
Aktualinfo.az “Qafqazinfo”-ya istinadən xəbər verir ki, paraqvaylı sol cinah yarımmüdafiəçisi Luis Ortis artıq “Neftçi” ailəsinin üzvüdür. 25 yaşlı futbolçu 1 il müddətinə icarəyə götürülüb. Ortis bu vaxtadək yalnız vətənində “Sportivo Ameliano” klubunda çıxış edib. O bu ilin əvvəllərindən meydana çıxdığı 22 matçda 3 qol vurub və 2 məhsuldar ötürmə edib.