
26 may 2025 -ci il tarixində Siyəzən rayon Mədəniyyət Mərkəzində YAP Siyəzən rayon təşkilatı, Siyəzən rayon Mədəniyyət Mərkəzinin birgə təşkilatçılığı ilə “Konstitusiya və Suverenlik İli” çərçivəsində 28 May – Müstəqillik Günü münasibətilə “ Müstəqillikdən suverenliyə aparan yol” mövzusunda dəyirmi masa keçirilib.
Aktualinfo.az xəbər verir ki, dəyirmi masada təhsil, səhiyyə müəssisələrinin, rayonun idarə və təşkilatların rəhbərləri, rayon ictimaiyyətinin nümayəndələri və rayon gəncləri iştirak ediblər.
Siyəzən rayon Mədəniyyət Mərkəzində keçirilən tədbirdə ilk öncə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib, eyni zamanda Ümummilli Lider Heydər Əliyevin və torpaqlarımızın azadlığı uğrunda şəhidlik zirvəsinə ucalan Vətən oğullarının əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Təbdirdə çıxış edənlər müstəqillik tariximizdən danışıblar. Onlar uğurlu daxili və xarici siyasət kursu həyata keçirən Azərbaycanın yalnız regionda deyil, beynəlxalq miqyasda söz sahibi olan bir ölkə kimi tanındığını vurğulayıblar. Natiqlər Azərbaycanın dövlət müstəqilliyinin əbədi olacağını əminliklə bildiriblər.
Sonda tədbir iştirakçılarına Müstəqillik Günü ilə bağlı videoçarx nümayiş etdirilmişdir.