Münxen Təhlükəsizlik Konfransı da Azərbaycanın diplomatik uğuru oldu
18 Fevral tarixində Münxen Təhlükəsizlik Konfransı İlham Əliyevin iştirakçılığı ilə baş tutdu. Cənab İlham Əliyev çıxışı zamanı üç Qafqaz Respublikalarının rəhbərlərinin görüşünü tarixi görüş kimi qiymətləndirib. Tarixi görüş olmaqla yanaşı bu konfrans mühüm beynəlxalq platformadır. Azərbaycan Prezidenti İlham Əliyevin Münxen Təhlükəsizlik Konfransına dəvət alması və bu konfrans çərçivəsində müxtəlif tədbirlərdə iştirakı, önəmli görüşlər keçirməsi dövlətimizin başçısının dünya miqyasında yüksək nüfuzunun göstəricisidir. Münxen Təhlükəsizlik Konfransı çərçivəsində ən vacib məqam “Dağları aşmaq? Cənubi Qafqazda təhlükəsizliyin qurulması” mövzusunda plenar iclasın keçirilməsidir. Plenar iclasda dövlətimizin başçısı Vətən müharibəsindən sonrakı vəziyyət, Azərbaycanla Ermənistan arasında münasibətlərin normallaşması, sülh prosesi haqqında fikirlərini ifadə etdi.Bundan əlavə, İlham Əliyev Azərbaycanın Qarabağ bölgəsinin mövcud olduğunu və orada məskunlaşan ermənilərin ölkəmizdə yaşayan digər milli azlıqlar kimi bərabər hüquq və imtiyazlara malik olduqlarını, onların təhlükəsizliyinin də tam təmin edildiyini bir daha bəyan etdi. Prezidentimiz Qarabağın erməni əhalisi ilə təmasların yalnız bu torpaqda doğulmuş ermənilərlə olacağını bəyan etdi.İlham Əliyev üstün zəkası , çevik cavabları, səlist nitqi ilə öz fikirlərini doğru, düzgün çatdırdı.Həmçinin cənab prezident regionda vəziyyətə iki istiqamətli yanaşmanın zəruri olmasının əsas olduğunu bildirdi. Bunlardan biri Azərbaycanla Ermənistan arasında sülh danışıqları istiqaməti, ikincisi, Azərbaycanın Qarabağdakı erməni əhalisi ilə əlaqələridir. Prezidentimizin vurğuladığı kimi, Dağlıq Qarabağ (Naqorno Karabax) sözü artıq qüvvədən düşüb, Azərbaycanda Dağlıq Qarabağ kimi inzibati vahid yoxdur. Azərbaycanda erməni əhalinin olduğu Qarabağ rayonu vardır.
İkinci Qarabağ müharibəsindən sonra bölgəmizdə vəziyyət tamamilə dəyişmiş və yeni reallıqlar ortaya çıxmışdır. Azərbaycan tərəfi öz mövqeyini hər zaman gücləndirmək üçün çalışır.Bölgəmizdə gedən proseslər yeni yanaşmaları bizdən tələb edir. Azərbaycanın mövqeyi hər zaman birmənalı və açıq olub. Haqqın, ədalətin tərəfdarı kimi seçilib. Prezident İlham Əliyevin də qeyd etdiyi kimi, ölkəmizin daxili işlərinə kənar qüvvələrin qarışmasına heç vaxt imkan verməmişik və imkan verməyəcəyik.Bundan başqa prezidentimiz qeyd etdi ki, ” Ermənistan-Azərbaycan münasibətlərinin normallaşması məsələsində bizim mövqeyimiz tamamilə məntiqlidir.Azərbaycan istəyir ki, bu normallaşma tezliklə baş versin, o ədavət dövrü arxada qalsın. Əgər Ermənistan tərəfi özündə iradə və güc taparsa, yaxın zamanlarda buna nail olmaq mümkün olacaqdır.Bu gün həqiqətləri gizlətmək, yaxud da ki, reallığı təhrif etmək mümkün deyil. Biz informasiya dünyası dövründə yaşayırıq. Hər kəs yaxşı bilir harada nə baş verir. Ona görə qeyri-ciddi və manipulyativ mahiyyət daşıyan açıqlamalar, əlbəttə ki, ciddi qəbul edilmir.Azərbaycan istəyir ki, Qarabağ məsələsi beynəlxalq gündəlikdən çıxsın. Biz imkan verə bilmərik ki, Qarabağ məsələsi hər hansı bir formada Azərbaycanla Ermənistan arasında imzalanacaq sazişə daxil edilsin. Biz istəyirik ki, sərhədlərimiz tarixi xəritələr əsasında delimitasiya olunsun. Bunun da tarixi məntiqi var. Biz istəyirik ki, Ermənistan bizə qarşı ərazi iddialarından əl çəksin və normallaşma olsun. ”
Ayşən Qasımova,
YAP-ın gənc fəalı