AnalitikaGündəmSiyasət

Müasir Azərbaycanın Qüdrətini Formalaşdıran İrs və Liderlik

Ulu Öndər Heydər Əliyevin siyasi mirası Azərbaycan dövlətçiliyinin ən möhkəm təməli, xalqın milli inkişaf yolunun ideoloji mayakı kimi qəbul olunur. Onun yaratdığı müasir dövlət idarəçiliyi modeli, milli mərhələlərlə müəyyənləşdirilmiş inkişaf strategiyası, ordu quruculuğu, siyasi sabitlik və iqtisadi yüksəlişə yönəlmiş konsepsiyası bu gün də Azərbaycan üçün əsas istiqamətverici xətt olaraq qalır.

Heydər Əliyevin müəyyən etdiyi dəyərlər – dövlətçilik ənənələrinin möhkəmləndirilməsi, milli maraqların qorunması, xalqın rifahı və müstəqilliyin əbədiliyi kimi prinsiplər Azərbaycanın tərəqqisini təmin edən möhkəm ideya bazasıdır. Onun siyasi irsi zamanın sınağından çıxmış, çevikliyi və universallığı ilə hər dövrün çağırışlarına cavab verə biləcək mahiyyət daşımaqdadır.
Bu böyük irsin müzəffər davamçısı kimi Prezident İlham Əliyev Heydər Əliyev siyasətini yeni tarixi şəraitin reallıqları ilə zənginləşdirərək daha yüksək mərhələyə yüksəldib.

Onun rəhbərliyi dövründə Azərbaycan yalnız sabitliyini qoruyub saxlamamış, həm də regionun siyasi, iqtisadi və hərbi güc mərkəzlərindən birinə çevrilmişdir. Prezident İlham Əliyevin həyata keçirdiyi modernləşmə siyasəti, güclü diplomatik xətti, Qarabağın azad olunması ilə nəticələnmiş müzəffər Zəfər strategiyası və ölkənin beynəlxalq nüfuzunun artırılması istiqamətində atdığı addımlar Heydər Əliyevin siyasi irsinin canlı və davamlı olduğunu sübut edir. Bu davamlılıq Azərbaycanın inkişafında ardıcıllıq prinsipinin mühüm rol oynadığını, milli dövlətçilik kursunun dəyişməz olduğunu təsdiq edir.

Prezident İlham Əliyevin həyata keçirdiyi islahatlar və strateji addımlar ölkəni regional əməkdaşlığın, qlobal enerji təhlükəsizliyinin və iqtisadi inkişafın açar iştirakçısına çevirib. Onun güclü liderlik keyfiyyətləri, milli maraqlara sarsılmaz bağlılığı və xalqın rifahına yönəlmiş fəaliyyəti Heydər Əliyevin siyasi mirasının məhz müzəffər şəkildə davam etdirildiyini nümayiş etdirir. Bu siyasi xətt Azərbaycanın gələcək inkişafının əsas təminatıdır və ölkənin öz müstəqil yolunu uğurla davam etdirməsinə xidmət edən ideoloji-siyasi dayaqları qoruyub saxlayır. Beləliklə, Ulu Öndər Heydər Əliyevin yaratdığı dövlətçilik xətti Prezident İlham Əliyevin rəhbərliyi ilə daha geniş vüsət alaraq müasir Azərbaycanın qüdrətinin əsas mənbəyinə çevrilmişdir.

Aida Əliyeva
YAP Xəzər rayon təşkilatının məsləhətçisi

Oxşar Xəbərlər

Back to top button