AnalitikaGündəmSiyasət

Müasir Azərbaycanın memarı

3 Oktyabr Azərbaycan tarixində mühüm siyasi hadisə ilə yadda qalan əlamətdar gündür. 1993-cü il oktyabrın 3-də keçirilmiş prezident seçkilərində Heydər Əliyev Azərbaycan Respublikasının Prezidenti seçildi.

Bu tarix Azərbaycan dövlətçiliyi tarixində yeni mərhələnin başlanğıcı oldu. 3 Oktybar xalqımızın sabitliyə, güclü dövlətə və aydın gələcəyə olan inamının ifadəsinə çevrildi.

Heydər Əliyevin Azərbaycan dövlətçiliyi qarşısındakı böyük xidmətlərdən biri də, Müstəqil Azərbaycan Respublikasının ilk Konstitusiyasının qəbul edilməsi olmuşdur.

Azərbaycan Respublikası Konstitusiyasına görə Azərbaycan demokratik, hüquqi, dünyəvi və unitar respublikadır.

Bu prinsiplərin hər biri dövlətin və cəmiyyətin əsas quruluşunu müəyyən edir. Bəzi tarixi günlər xalqın gələcəyini müəyyən edən böyük başlanğıcların əsasını qoyur. Tariximizə Milli Qurtuluş günü kimi daxil olan 1993-cü ilin 15 iyun günü böyük ictimai, siyasi və tarixi əhəmiyyətə malik gündür və Azərbaycan dövlətinin qurtuluşunun başlanğıcı kimi dəyərləndirilir.

Azərbaycanın böyük təhlükə qarşısında olduğu dövrdə Ümummilli Lider Heydər Əliyevin qazanılmış tarixi naliyyətləri məhv olmaqdan xilas etmək kimi çox çətin və şərəfli bir missiyanı könüllü olaraq öz üzərinə götürməsi sözün əsl mənasında “Ömrümün qalan hissəsini də xalqıma qurban verirəm” deyib meydana atılan böyük ürəkli Vətən oğlunun öz xalqı, öz Vətəni qarşısında misilsiz fədakarlığı idi.

Həyatını təhlükə altına qoymuş Ümummilli Lider Heydər Əliyevin yenilməz iradəsi, uzaqgörənliyi, fədakarlığı Azərbaycanda siyasi və iqtisadi suverenliyin möhkəmləndirilməsinə, iqtisadi dayanıqlığın artmasına, uzunmüddətli inkişafın təmin edilməsinə şərait yaratdı.

Ümummilli Lider Heydər Əliyevin peşəkar idarəetmə bacarığı sayəsində həyata keçirilən inteqrasiya siyasəti Azərbaycanın beynəlxalq mövqeyinin möhkəmlənməsinə iqtisadi imkanlarının genişlənməsinə və regional əməkdaşlığın inkişafına xidmət edir. Bu siyasət dövlətin suverenliyinin və milli maraqlarının qorunması prinsipi ilə həyata keçirilir.

Heydər Əliyev həm də güclü natiqlik və siyasi nitq qabiliyyəti ilə tanınırdı. Onun çıxışlarında fikrin ardıcıl və aydın ifadəsi konkret faktlardan istifadə, auditoriyaya emosional təsir və milli dövlətçilik ideyalarının vurğulanması diqqəti cəlb edirdi. O, mürəkkəb siyasi və içtimai məsələləri – Azərbaycan həqiqətlərini geniş auditoriyaya – dünya ictimaiyyətinə anlaşıqlı formada çatdırmağı bacarırdı.

Heydər Əliyevin dövlətçilik fəaliyyəti Azərbaycanın müstəqil dövlət kimi möhkəmlənməsi ilə bağlı mühüm mərhələlərdən biri kimi qiymətləndirilir. Onun siyasi irsində dövlətçilik milli maraqlar, sabitlik və azərbaycanlılıq əsas anlayış kimi ön plana çıxır.

Böyük tarixi şəxsiyyət Heydər Əliyev həmişə ən böyük azərbaycanlı kimi anılacaq. Ən böyük azərbaycanlı kimi Heydər Əliyevin ömür yolu doğma Vətənə xidmət nümunəsinə çevrildi. Müdrik siyasi və dövlət xadimi tariximizdə müstəqilliyimizin memarı və qorucusu oldu.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tarixi gerçəkliyin ifadəsi olan bir reallığı belə ifadə edir: “Müasir Azərbaycan Heydər Əliyevin şah əsəridir.”

Şəhla Quliyeva,
Respublika Pediatriya Mərkəzinin həkimi, Mirəsədulla Mirqasımov küçəsi 2 (RPM PHŞ) üzrə ƏPT sədr müavini

Oxşar Xəbərlər

Həmçinin baxın
Close
Back to top button