Analitika

Mingəçeviri Qafqazın enerji mərkəzinə çevirən Ulu Öndər Heydər Əliyev olmuşdur

Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin inkişaf strategiyasını uğurla davam etdirən Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin məqsədyönlü və uzaqgörən siyasəti nəticəsində Azərbaycan sosial-iqtisadi sahələrdə mühüm uğurlar əldə etmiş, neft-qaz sənayesinin, qeyri-neft sektorunun davamlı inkişafına nail olmuşdur. İqtisadi sahədə aparılan dərin islahatlar ölkə iqtisadiyyatının neft amilindən asılılığının azaldılması və ilk növbədə ölkəmizin uzunmüddətli, dayanıqlı iqtisadi inkişafının təmin edilməsi üçün etibarlı zəmin yaratmışdır. Ölkə rəhbərinin diqqət və dəstəyi sayəsində yanacaq-energetika sahəsinin də müasir tələblərə uyğun yenidən qurulması istiqamətində aparılan geniş miqyaslı işlər nəticəsində energetika sahəsində müasir infrastrukturun yaradılması, yeni texnologiyaların tətbiqi, enerji təhlükəsizliyinin təmin edilməsi istiqamətində son illər ərzində həyata keçirilən tədbirlər davam etdirilmişdir.

Ölkə enerjisistemində yaranmış kritik vəziyyətin aradan qaldırılması məqsədi ilə Azərbaycan Respublikasının prezidenti İlham Əliyevin göstərişinə əsasən 2018-2020-ci illəri əhatə edən reabilitasiya proqramının tərkib hissəsi olaraq müəyyən işlər hissə-hissə görülüb və hazırda da görülməkdədir. İstilik təchizatı sistemlərinin bərpası və yaxşılaşdırılması tədbirləri çərçivəsində görülmüş işlər istilik təchizatının inkişaf dinamikasında dəyişikliklərin baş verməsinə, istiliklə təmin edilən yaşayış binaları, təhsil, səhiyyə və digər obyektlərin sayının ildən-ilə artmasına səbəb olmuşdur. Belə ki, Cənubi Qafqazın ən böyük istilik elektrik stansiyası olan, Mingəçevirdə yerləşən 8 enerji blokundan ibarət “Azərbaycan” İES-in yenidənqurulması çərçivəsində istismar müddətini başa vuran avadanlıq və aqreqatlar yeniləri ilə əvəz edilir, stansiya və yarımstansiyalar tikilərək tamamilə yenidən qurulur. Fevralın 13-də Bakıda “Gülüstan” sarayında müstəqillik dövrünün 1280 MVt gücündə ən böyük İstilik Elektrik Stansiyasının təməlqoyma mərasiminin keçirilməsi mühüm hadisələrdəndir. Dövlət başçısı deyib ki, yeni tikiləcək elektrik stansiyasının müasir standartlara cavab verməsi nəticəsində karbon qazının miqdarı 2 milyon ton azalacaq və beləliklə, ətraf mühitə də bunun çox böyük faydası olacaq.  Ümumiyyətlə, Azərbaycan bərpaolunan enerji növləri istehsal etmək üçün böyük potensiala malikdir. Xəzərsahili ərazilərimizin və dağlıq bölgələrimizin küləkli, diyarımızın bütövlükdə günəşli olması, bolsulu çaylarımızın çoxlugu yeni enerji obyektlərinin inşa edilməsinə imkan verir. Buna görə də dünyanın aparıcı enerji şirkətləri indi Azərbaycanla bu sahədə əməkdaşlıq etməyə çox maraqlıdırlar. Bunun digər əsaslı səbəbləri də var. Dövlət başçısının dediyi kimi: “Azərbaycanda mövcud olan sabitlik, iqtisadi inkişaf, qonşu ölkələrlə münasibətlərimiz, nəqliyyat, kommunikasiyalar, elektrik xətləri nöqteyi-nəzərdən qonşu ölkələrlə sıx təmaslar unikal bir vəziyyət yaradır ki, Azərbaycan nəinki xam neft, neft məhsulları və təbii qaz, eyni zamanda, elektrik enerjisinin böyük istehsalçısı və ixracatçısı olacaqdır”

İES-in Mingəçevir şəhərində tikilməsi Mingəçeviri nəinki Azərbaycanın, ümumilikdə Qafqazın enerji mərkəzi kimi şöhrətinə daha da artıracaq. Mingəçeviri Qafqazın enerji mərkəzinə çevirən Ulu Öndər Heydər Əliyev olmuşdur. İES-in təməlqoyma mərasimində çıxış edən Prezident İlham Əliyev bildirdi ki, məhz Ulu öndərin rəhbərliyi və təşəbbüsü ilə 1976-cı ildə Mingəçevirdə böyük elektrik stansiyasının təməli atılıb. Müstəqilliyin ilk illərində məhz Mingəçevir Elektrik Stansiyası ölkəni elektrik enerjisi ilə təmin edirdi. 44 günlük Vətən müharibəsi dövründə Mingəçevir Elektrik Stansiyasının əhəmiyyəti bir daha təsdiqləndi. Həmin dövrdə məğlub Ermənistan müharibə qanunlarına zidd olaraq mülki obeyktləri, eyni zamanda Mingəçevir Elektrik Stansiyasını da hədəfə alırdı. Qazanılan zəfər isə ölkəmizin həyatında yeni inkişaf mərhələsinin başlanğıcını özündə əks etdirdi.

Səba Rzayeva,
YAP-ın gənc fəalı

Oxşar Xəbərlər

Back to top button