Mingəçevir Elektrik Stansiyasının mühüm strateji əhəmiyyəti var
Ölkəmizdə bərpa olunan energetika sahəsinin inkişaf etdirilməsi, bu sahədə qanunvericilik və institusional mühitin təkmilləşdirilməsi məqsədilə müvafiq qanun və normativ hüquqi aktlar qəbul edilmişdir. Son illərdə sahə üzrə görülən işlər davam etdirilmiş və bərpa olunan enerjinin inkişafına xüsusi töhfə verən “Elektrik enerjisi istehsalında bərpa olunan enerji mənbələrindən istifadəyə verilmişdir. Azərbaycan bərpa olunan enerji mənbələri üzrə yüksək potensiala malik olan ölkələrdəndir. Belə ki, ölkəmizin iqtisadi cəhətdən əlverişli və texniki cəhətdən istifadəsi mümkün olan bərpa olunan enerji mənbələrinin potensialı 27 000 MVt, o cümlədən, külək enerjisi üzrə 3 000 MVt, günəş enerjisi üzrə 23 000 MVt, bioenerji potensialı 380 MVt, dağ çaylarının potensialı 520 MVt həcmində qiymətləndirilir.
Bundan başqa, bərpa olunan enerji mənbələri hesabına elektrik enerjisi istehsalı üçün mümkün potensialın qiymətləndirilməsi və bu potensialdan istifadə məqsədi ilə atılacaq addımların və yerinə yetiriləcək tədbirlər üzrə bir sıra işlər həyata keçirilməkdədir. Bərpa olunan enerji mənbələri potensialına malik ərazilərin müəyyənləşdirilməsi və prioritetləşdirilməsi istiqamətində 8 ərazi seçilmişdir. Azərbaycan uzun illərdir ki, Avropanın etibarlı enerji təminatçısıdır. Avropa İttifaqına üzv olan ölkələrin gələcəkdə də dayanıqlı və keyfiyyətli enerji ilə təmin olunması əsas hədəflərdəndir. Əlbəttə ki, enerji imkanlarımız genişləndikcə ixrac potensialı da artır və yeni əməkdaşlıq platformaları yaranır. Bu isə həm iqtisadi, həm də siyasi dividendlər deməkdir. Paralel olaraq alternativ enerji mənbələrinin yaradılması, yaşıl enerji sektorunda reallaşdırılan dünya miqyaslı layihələr ölkəmizin gücünə güc qatır. Dünyanın iqtisadi inkişafında enerji resurslarının rolu ənənəvi olaraq həmişə yüksək olmuşdur. Müasir dövrdə isə bu amil daha yüksək struktur və konyuktur yaradıcı amilə çevirilmişdir. İqtisadi resursların, istehsal güclərinin yerləşməsi ilə bağlı bütöv bir nəzəriyyənin formalaşdığını görmüş olarıq.
Cənab Prezident İlham Əliyev fevral ayının 13 də bu fikirləri səsləndirmişdir. Mingəçevir Elektrik Stansiyasının önəmi İkinci Qarabağ müharibəsi zamanında bir daha bəlli oldu. Çünki o vaxt döyüş meydanında məğlub olan Ermənistan Azərbaycanın mülki obyektlərini də atəşə tuturdu, yüzlərlə yaşayış evi tamamilə dağıdılmışdır, yüzə yaxın dinc insan həlak olmuşdur, o cümlədən Mingəçevir Elektrik Stansiyası da atəşə tutulmuşdur, uzaqmənzilli raketlərlə atəşə tutulmuşdur. Bu raketlərin bir çoxu Azərbaycanın hava hücumuna qarşı müdafiə sistemləri tərəfindən məhv edildi, bəziləri isə hədəfə dəymədi. Yəni, döyüş meydanında məğlub olan Ermənistan məhz Azərbaycanın elektrik potensialının əsas mərkəzini sıradan çıxarmaq istəyirdi. Ancaq buna nail ola bilmədi.
İslam Bafadarov,
YAP-ın gənc fəalı