AnalitikaGündəmSiyasət

Mineral sərvətlərin səmərəli istifadəsi ölkədə müasir sənaye imkanlarını genişləndirəcək

Azərbaycan iqtisadiyyatının davamlı inkişafındasənayeləşmənin genişləndirilməsi qeyri-neftsektorunun potensialından daha səmərəli istifadəolunması mühüm istiqamətlərdən biridir. Son illərdəölkədə müxtəlif sənaye sahələrinin inkişaf etdirilməsi, yeni istehsal müəssisələrinin yaradılması mövcudmüəssisələrin texnoloji imkanlarının artırılmasıiqtisadiyyatın şaxələndirilməsinə mühüm töhfə verib. Bu siyasətin yeni istiqamətlərindən biri dağ-mədən metallurgiya sənayesinin sistemli şəkildə inkişafetdirilməsidir. Prezident İlham Əliyevin sədrliyi ilə 22 sentyabr 2026-cı ildə keçirilən müşavirədə təqdimolunan 2027-2030-cu illər üçün Dövlət Proqramı məhzbu sahənin qarşıdakı inkişaf mərhələsinimüəyyənləşdirir.

Prezident İlham Əliyev müşavirədə dağ-mədən metallurgiya sənayesinin ölkə iqtisadiyyatı üçünperspektivli sahə olduğunu vurğulayaraq buistiqamətin qeyri-neft sektorunun inkişafında böyükəhəmiyyət daşıdığını bildirib. Dövlət başçısınınçıxışında qeyd edildiyi kimi, proqramın həyatakeçirilməsi nəticəsində ölkədə yeni, müasir sənayeistiqaməti yaradılacaq. Qarşıdakı dövr üçün beşmindən çox daimi yerinin yaradılması nəzərdətutulur. Bu isə sənaye layihələrinin yalnız iqtisadigöstəricilərlə məhdudlaşmadığını, məşğulluq sosialinkişaf baxımından da əhəmiyyət daşıdığını göstərir.

Yeni sənaye istiqamətinin formalaşdırılmasında əsasməqsədlərdən biri Azərbaycanın təbii resurslarındandaha səmərəli istifadə edilməsidir. Dövlət Proqramındaxammalın hasilatından onun emalına son məhsulaqədər uzanan dəyər zəncirinin yaradılması xüsusiəhəmiyyət daşıyır. Bu yanaşma mineral sərvətlərinyalnız xammal formasında ixrac edilməsindən dahageniş iqtisadi imkanların yaradılmasını nəzərdə tutur. Emal mərhələlərinin ölkə daxilində inkişaf etdirilməsiəlavə dəyərin artmasına, yeni istehsal sahələrininyaranmasına sənaye müəssisələri arasında əlaqələringüclənməsinə şərait yarada bilər.

2027-2030-cu illəri əhatə edən Dövlət Proqramınınicrası üçün ümumilikdə 5,3 milyard manat investisiyanəzərdə tutulur. Bu vəsaitin 1,1 milyard manatınındövlət büdcəsi, 2,2 milyard manatının dövlətmüəssisələrinin vəsaiti, 2 milyard manatının isə özəlsektorun vəsaiti hesabına formalaşdırılmasıplanlaşdırılır. Beləliklə, investisiyaların təxminən 80 faizinin qeyri-büdcə mənbələrindən cəlb olunmasınəzərdə tutulur. Bu, həm dövlət müəssisələrinin, həm özəl sektorun sənaye layihələrində iştirakınıngenişləndirilməsinə imkan yarada bilər.

Proqramın qarşıya qoyduğu iqtisadi hədəflər kifayətqədər genişdir. 2030-cu ilədək dağ-mədən metallurgiya sektorunun ümumi daxili məhsulatöhfəsinin 700 milyon manatdan 1,8 milyard manata, illik ixrac potensialının isə 1,3 milyard manatdan 3,4 milyard manata çatdırılması nəzərdə tutulur. Burəqəmlər sektorun ölkə iqtisadiyyatında rolununartırılması qeyri-neft ixracının genişləndirilməsiməqsədini əks etdirir.

Dağ-mədən sənayesinin inkişafında geoloji kəşfiyyatişlərinin genişləndirilməsi mühüm yer tutur. Hazırda ölkənin müxtəlif ərazilərində mineralresursların müəyyənləşdirilməsi qiymətləndirilməsiistiqamətində işlər aparılır. Dövlət büdcəsi hesabına 15 min kvadratkilometr ərazidə ilkin axtarış qiymətləndirmə işlərinin həyata keçirilməsi, buprosesin 2027-ci ildə başa çatdırılması planlaşdırılır. İşğaldan azad edilmiş ərazilərin bu araşdırmalaradaxil edilməsi ölkənin mineral resurs potensialınındaha ətraflı öyrənilməsinə imkan verəcək.

Proqram çərçivəsində bir sıra mühüm yataqlarınistismara hazırlanması nəzərdə tutulur. “Filizçay”, “Daşkəsən”, “OrtakəndSöyüdlüyataqlarıqarşıdakı illərdə həyata keçiriləcək əsas layihələrsırasında yer alır. “Filizçayüzrə mis, sink qurğuşunun tamhəcmli emalı, “Söyüdlüüzrə qızılınemalı, “Daşkəsənlayihəsi üzrə isə ildə 2 milyon tonisti briketləşdirilmiş dəmir istehsalı gücününyaradılması planlaşdırılır. Bu layihələrin həyatakeçirilməsi Azərbaycanın qara əlvan metallurgiyasahəsində istehsal imkanlarının genişlənməsinə şəraityarada bilər.

Alüminium istehsalının inkişafı da yeni sənayestrategiyasının mühüm istiqamətlərindəndir. DövlətProqramındaAzəralüminium”un istehsal gücününartırılması, elektroliz zavodu layihəsinintamamlanması 2030-cu ilədək illik istehsal gücünün100 min tona çatdırılması nəzərdə tutulur. Bundanəlavə, alüminium yayma məhsullarının istehsalınıngenişləndirilməsi illik gücün 50 min tonaçatdırılması planlaşdırılır.

Bu layihələrin əhəmiyyəti təkcə istehsal həcmlərininartırılması ilə ölçülmür. Yeni müəssisələrin fəaliyyətiətrafında logistika, nəqliyyat, texniki xidmət, avadanlıqtəminatı digər xidmət sahələrinin inkişafı üçünimkanlar yarana bilər. Sənaye zəncirinin müxtəlifmərhələlərinin ölkə daxilində formalaşdırılması yerlişirkətlərin proseslərə daha geniş cəlb olunmasına yeni ixtisaslı kadrların hazırlanmasına tələbatınartmasına səbəb ola bilər.

Dağ-mədən metallurgiya sənayesinin inkişafıregionların iqtisadi fəallığının artırılması baxımındanda əhəmiyyətlidir. Mədən emal müəssisələrininyerləşdiyi ərazilərdə yeni yerlərinin yaradılması, infrastrukturun inkişaf etdirilməsi xidmətsektorunun genişlənməsi regional iqtisadi dinamikanıgücləndirə bilər. Dövlət Proqramının regionlarınsosial-iqtisadi inkişafı ilə bağlı gündəliyi əhatəetməsi bu istiqamətin ayrıca əhəmiyyətini göstərir.

Qarabağ Şərqi Zəngəzurda geoloji kəşfiyyatıngenişləndirilməsi gələcək sənaye layihələri üçünyeni imkanların müəyyənləşdirilməsinə xidmət edir. İşğaldan azad edilmiş ərazilərin iqtisadi potensialınınöyrənilməsi burada müasir istehsal sahələrininyaradılması Böyük Qayıdış prosesinin iqtisadidayaqlarının gücləndirilməsi baxımından da əhəmiyyətdaşıyır.

Azərbaycanın sənaye siyasətində yeni mərhələ yalnızmövcud resurslardan istifadə etməyi deyil, həminresurslar əsasında daha geniş istehsal zəncirlərininyaradılmasını nəzərdə tutur. Bu baxımdan dağ-mədən metallurgiya sənayesi hasilat, emal, istehsal ixracimkanlarını vahid iqtisadi sistemdə birləşdirə bilənistiqamətlərdən biridir.

2027-2030-cu illər üçün Dövlət Proqramının həyatakeçirilməsi Azərbaycanın qeyri-neft iqtisadiyyatınıngenişləndirilməsi, sənaye potensialının artırılması yeni istehsal imkanlarının formalaşdırılmasıistiqamətində konkret mərhələ kimi nəzərdə tutulur. Yeni müəssisələrin yaradılması, investisiyaların cəlbedilməsi, geoloji kəşfiyyatın genişləndirilməsi mineral xammalın daha yüksək əlavə dəyərə malikməhsullara çevrilməsi ölkənin sənaye xəritəsində yeniimkanların yaranmasına şərait yarada bilər.

Ömər Bağırlı,
YAP Xətai rayon təşkilatının fəalı 

 

Oxşar Xəbərlər

Həmçinin baxın
Close
Back to top button