
Azərbaycan millisinin üzvü Anatoli Nuriyev komandasında qalıb.
Aktualinfo.az “Qafqazinfo”-ya istinadən xəbər verir ki, “Sabah” yarımmüdafiəçi ilə yeni müqavilə imzalayıb.
29 yaşlı futbolçunun mövsümün sonunda başa çatan müqaviləsi daha bir il müddətinə artırılıb.
Azərbaycan millisinin üzvü olan futbolçu 2022-ci ildən “Sabah”ın heyətində çıxış edir. O, bu müddət ərzində Masazır klubunda 105 oyun keçirib və 12 qol vurub.