GündəmSiyasət

Milli Məclisin növbədənkənar sessiyası çərçivəsində xüsusi iclas keçiriləcək

Azərbaycan Respublikası Konstitusiyasının 88-ci maddəsinin 2-ci hissəsinə əsasən, Milli Məclisin deputatları parlamentin növbədənkənar sessiyasının çağırılması barədə spiker Sahibə Qafarovaya müraciət ediblər.

Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən Aktualinfo.az -a bildiriblər ki, Sahibə Qafarova müraciəti nəzərə alaraq, parlamentin növbədənkənar sessiyasının çağırılması haqqında sərəncam imzalayıb.

Sərəncama əsasən, sentyabrın 9-da növbədənkənar sessiya çərçivəsində “Vaşinqton razılaşmaları: sülh diplomatiyasının və müdrik liderliyin təntənəsi” mövzusunda Milli Məclisin xüsusi iclası keçiriləcək.

Oxşar Xəbərlər

Back to top button