Mehriban qonşuluq, sülhə gedən Qafqaz
Tarixən ölkələrimiz və xalqlarımız arasındakı dostluq və əməkdaşlıq qarşılıqlı əlaqələr güclənir və genişlənir. Ənənəvi görüşlər bu dostluğu daha da gücləndirir. Əsrlər boyu xalqlarımız arasında mehriban qonşuluq bölgə üçün də çox vacibdir.
Hələ sovetlər dövründə Ulu Öndər Heydər Əliyev və Eduatd Şevardnadzenin arasında yaranan dostluq münasibətləri sonrakı illərdə daha da möhkəmlənmiş, məhz onların fəaliyyəti nəticəsində hər iki xalq inkşaf etmiş, çiçəklənmişdir. Artıq Cənubi Qafqazda sülhün bərqərar olması vaxtı çatıb. 3 il bundan əvvəl Azərbaycan ərazi bütövlüyünü bərpa etmiş və keçən ay bütün ərazilər üzrə suverenliyimiz bərqərar olmuşdur. Hal hazırda sülh müqaviləsi üzərində işlər gedir. Əgər tezliklə sülh imzalansa qafqazda əminəmanlıq yaransa gələcək inkişaf üçün geniş perspektivlər açılır. Bu zaman Cənubi Qafqazda yeni bir siyasi şərait yaranacaq və bütün sahələr-də nəqliyyat, enerji təhlükəsizliyi, rabitə, ticarət qarşılıqlı sərmayə qoyuluşu üzrə əməkdaşlıq yarana bilər. Bu gün bir necə ölkə və bəzi beynəlxalq təşkilatlar Azərbaycan və Ermənistan arasında sülhün bağlanılması üçün öz dəstəyini göstərməyə çalışır. Biz əgər bu birtərəfli və qərəzli deyilsə bunu alqışlayırıq. Amma eyni zamanda həm coğrafi həm strateji, həm tarixi əlaqələr baxımından bu Gürcüstan da ola bilərdi. Azərbaycan böyük məmnuniyyətlə Gürcüstanın yeni layihələrində maraqla iştirak edə bilərdi. Anakliya limanı, Kulevi limanı əməkdaşlığımızı daha da genişləndirə bilər. Bakı Tbilisi-Qars dəmir yolunun tikintisinin başa çatması da yaxın gələcəkdə orta dəhlizi gücləndirəcək. Energetika sahəsində bizi birləşdirən ənənəvi sahələrdən başqa “Yaşıl enerji dəhlizi “layihəsidir. Bizdə hal hazırda güclü infrastruktur var. Ən əsas amil isə Gürcüstan və Azərbaycan dostluğu və strateji tərəfdaşlığıdır. Hazırda Gürcüstanda da siyasi sabitlik hökm sürür bu sabitliyin mənbəyi isə xalqın, vətəndaşlara olan dəstəyidir. Bütün bunlar imkan verir ki gələcəkdə infrastruktur layihələr həyata keçirilib, insanların rifahı ildən ilə yaxşılaşsın.
Azərbaycan qonşu ölkələrlə münasibətlərdə Gürcüstana xüsusi önəm verir. Azərbaycan enerji resurslarının Avropa bazarlarına çatdırılması eyni zamanda yüklərin daşınmasında Gürcüstana önəm verir. Gürcüstan burada mühüm tranzit rolu oynayır. Bu cari səfər Prezidentimizin Gürcüstana 11-ci rəsmi səfəridir. Keçən il oktyabrın 24-də Msxetiya bölgəsində, daha sonra isə bu ilin aprelin 7-də Qəbələdə prezidentimizin Gürcüstan baş naziri ilə görüşü müntəzəmliliyi artırmış, qarşıda yeni perspektivlər açmışdır. Hələ 1996-ci il martın 8-də iki ölkə arasında dostluq və əməkdaşlıq haqqında sənəd hər iki respublikanın inkişafinda mühüm rol oynadı. Və tərəfdaşlığın əsasını qoydu. Dövlətlərarası münasibətlərimiz isə 1992-ci il noyabrın 18-də qoyulmuş, artıq 30 ildən çoxdur ki, münasibətlərimiz inkişaf edir. Kemən illər ərzində tərəflər arasında 125 sənəd imzalanıb.
Hər iki dövlət arasında parlament səviyyəsində əməkdaşlıq mövcuddur. Parlamentlər arası işçi qrupları mövcuddur. İqtisadi əməkdaşlıq məsələləri üzrə birgə Hökumətlərarası Komissiya 2004-cü ildən etibarən fəaliyyət göstərir. Komissiyanın mütəmadi olaraq iclasları keçirilir və son iclası ötən il dekabrın 15-də Tbilisidə baş tutub. 2022-ci ildə iki ölkə arasında ticarət dövriyyəsi 771 milyon ABŞ dolları təşkil edib, ikitərəfli ticarətin saldosu isə müsbət 500 milyon ABŞ dolları olub.
Ölkələrimiz arasında uğurlu regional əməkdaşlıq münasibətləri çərçivəsində irimiqyaslı qlobal enerji və nəqliyyat-kommunikasiya layihələrinin (Bakı-Tbilisi-Ceyhan neft boru kəməri, Bakı-Tbilisi-Ərzurum qaz boru kəməri, Bakı-Tbilisi-Qars -dəmir yolu və s.) reallaşdırılması bölgədə sülhə və sabitliyə xidmət edir.
Ölkələrimiz arasında humanitar sahədə də inkişaf var. Heydər Əliyev Fondu tərəfindən Gürcüstanda həyata keçirilən çoxsaylı layihələr xüsusi əhəmiyyət daşıyır. Paytaxt Tbilisidə Ümummilli Lider Heydər Əliyevin adını daşıyan böyük küçə, park və abidə var. Bu, bir daha göstərir ki, Ulu Öndər Gürcüstanla əlaqələrə necə böyük önəm verib. Sonda xatırlamaq istərdik ki, 233 min soydaşımızın yaşadığı qonşu Gürcüstanla əlaqələrə ölkəmiz bundan sonra da böyük önəm verəcək bu da qafqazda sülhə əminəmanlığa böyük töhvə olacaq.
Əliyev Elçin,
Xəzər rayonu, 26 № li tam orta məktəbin müəllimi