Mediyanın inkişafı mühafizə edilən həqiqətləri qorumağın ən təhlükəsiz yoludur
Mediyanın inkişafı müasir dövrün əsas tələblərindən biridir. Dördüncü Sənaye İnqilabi dövründə bu məsələ öz əhəmiyyətini xüsusilə təzahür etdirir. Prezident İlham Əliyevin cari ilin 21 iyul tarixində “4-cü Sənaye İnqilabı dövründə Yeni Media” mövzusunda Şuşa Qlobal Media Forumunun açılış mərasimində çıxış etmişdir. Bir çox vacib məsələlər haqqında fikirlərini bölüşən dövlət başçısı milli mətbuatımızın fəaliyyətini yüksək qiymətləndirib. Bu gün Azərbaycan mediası çox böyük işlər görür. İşğal dövründə biz hamımız, tutduğu vəzifədən asılı olmayaraq hər bir vətənpərvər azərbaycanlı bir məqsədə doğru yorulmadan gedirdi. İnformasiya müharibəsində önəmli amil kimi çıxış etdi. Azərbaycan reallıqları haqqında məlumatları dünya ictimaiyyətinə təkcə beynəlxalq hüquq prizmasından yox, ümumi insani prizmadan üzləşdiyimiz problemləri çatdırmaq üçün birinci vasitəmiz media olmuşdur. Nəzərə alsaq ki, ikili standartlar xalqımızın gecikmiş ədalət sevincinə xələl yetirməkdən çəkinmir. Bu səbəbdəndir ki, öz həqiqətlərimizi sübut etməliyik. Bizə qarşı bu gün yenə də kampaniya davam edir. Bizim Qələbəmizi həzm edə bilməyən, uğurlarımıza qısqanclıqla yanaşan, bizə qarşı açıq informasiya savaşına çıxanlara biz tutarlı, real arqumentlərlə cavab verməliyik. Azərbaycan mediasının müstəqilliyi bizim cəmiyyətimizin inkişafı üçün başlıca şərtlərdən biridir. Bizim mediamızda sağlamlaşma prosesi uğurla gedir və xalqın maraqlarına zidd, dövlət maraqlarına zərbə vura biləcək yazılar artıq çox nadir hallarda üzə çıxır.
Bugün əsas məsələlərdən biri regiondakı sabitliyin uzunömürlü olmasını təmin etmək üçün çalışmaqdır. Regional inkişaf əsasən Azərbaycanla Ermənistan arasında münasibətlərin yaxşılaşmasından asılıdır. Hazırda bir sıra beynəlxalq təşkilatlar bizə qarşılıqlı qəbul olunacaq həlli tapmaqda yardım etməyə çalışırlar. Bu günə kimi gördüklərimiz odur ki, bütün beynəlxalq təşkilatlar başa düşür ki, bu həllər beynəlxalq hüquqa əsaslanmalıdır. İkinci Qarabağ müharibəsi başa çatandan bu günədək təxminən üç il keçib, biz getdikcə daha çox sayda birbaşa bəyanatlar eşidirik ki, Qarabağ Azərbaycanın ərazisidir. İşğal dövründə belə bəyanatlar olsaydı, çox güman ki, İkinci Qarabağ müharibəsi başlamazdı. Təəssüf ki, uzun illər – 28 il ərzində Minsk qrupu çərçivəsində gedən danışıqlar heç bir nəticə vermədi. Ümumiyyətlə, həll üçün hər hansı düstur ortaya qoyulmadı. “İkili standartlar” siyasətinin təzahürü Qarabağ məsələsində özünü açıq şəkildə göstərirdi. BMT Təhlükəsizlik Şurasının qətnamələri, Avropa Şurasının, həmçinin Avropa Şurası Parlament Assambleyasının qərarları bunun isbatıdır. Hətta Avropa Parlamenti hazırda kifayət qədər ermənipərəst mövqedədir. Həmin sanksiyalar Ermənistana qarşı tətbiq olunmadı.
Öz müqəddəratının təyin olunması ərazi bütövlüyü prinsipini kölgədə qoymur. Ermənistan artıq müstəqil dövlət kimi mövcuddur. Biz BMT Təhlükəsizlik Şurasının qəbul etdiyi qətnamələri döyüş meydanında icra etməli olduq. Beynəlxalq hüququn fundamental prinsipləri var və onlara riayət olunmalıdır. Hazırda üç beynəlxalq tərəf sülh prosesinə dəstək olurlar. ABŞ, Rusiya və Avropa İttifaqı bu məsələni regionun ümumi xeyri istiqamətində dəstəkləyirlər. Azərbaycan üç istiqamət üzrə tam səmimiyyətlə bu prosesə qatılıb və nəticəyönümlü yanaşma ortaya qoyur.
Müharibə dövründən sonrada biz ədalətli mövqeyimizdə qalmaqdayıq. Biz utana biləcəyimiz və ya “bəli, bax, burada biz haqsızıq” deyəcəyimiz heç bir şey etməmişik. Sərhəddə nəzarət-buraxılış məntəqəsinin qoyulması postmünaqişə dövründə mühüm mərhələ idi. Bu vəziyyət şəraiti əhəmiyyətli dərəcədə dəyişdi. Azərbaycanın sözügedən təşəbbüsü tam olaraq legitimdir. Azərbaycan öz hərbi üstünlüyünü hər zaman nümayiş etdirib. Fərrux əməliyyatı, 2021-ci ilin mayında Ermənistan-Azərbaycan sərhədində vəziyyət, 2022-ci ilin sentyabrında sərhəddə vəziyyət, habelə nəzarət-buraxılış məntəqəsinin açılışı üstünlüyümüzün sübutlarıdır. Xüsusilə hərbi üstünlüyümüzü qorumaq üçün ordumuz üçün tələb olunan yenilikləri etməyə davam edirik. Tolerantlığın və demokratik yanaşmanın təcəssümü dövlətimizin siyasi xətlərindən biridir. Biz Qarabağdakı erməni azlığının hüquqları və təhlükəsizliyinə əməl etməklə Konstitusiyamız çərçivəsində və Azərbaycanda bu məsələlərin necə həll edilməsi üzrə xeyirxah təcrübə çərçivəsində yenidən inteqrasiya yolu ilə irəliləməyə hazırıq. Azərbaycan çoxmillətli və çoxkonfessiyalı dövlətdir. Azərbaycanda yaşayan etnik qrupların bütün nümayəndələri eyni hüquq və vəzifələrə, təhlükəsizlik səviyyəsinə malikdirlər.
Bu gün kapital və sərmayə proqnozlaşdırıla bilən və sabit məkanlara yönəlir. Belə bir məkan məhz Azərbaycandır. Hətta işğal dövründə də Azərbaycan sabitlik məkanı idi. Bu gün bizim prioritetimiz qeyri-neft sektorunun inkişafıdır. Biz ümumi daxili məhsulda iqtisadiyyatımızın qeyri-neft sektorunun payını ildən-ilə artırırıq. O, artıq 50 faizdən yüksəkdir. Bu gün biz həm də qeyri-neft ixracını artırırıq. Hökumətimizin çox uzaqgörən və proqnozlaşdırıla bilən proqramı var. İnkişafla bağlı, biznes mühitinin yaxşılaşdırılması ilə bağlı proqramımız var. Azərbaycanda yaşayan əcnəbi insanlar təsdiq edə bilərlər ki, ölkəmizdə idarəçilikdə çox müsbət dəyişikliklər var. xüsusilə də bizim maliyyə sistemimizdə irəliləyişlər qeyd olunmalıdır. Korporativ menecment baxımından da bizim şirkətlərdə böyük dəyişikliklər var. Ölkəmizin iqtisadiyyatı sabitdir. Xarici borcumuz ümumi daxili məhsulla müqayisədə təqribən 10 faizə bərabərdir. Bizim valyuta ehtiyatlarımız da ümumi daxili məhsuldan 10 dəfə artıqdır. Güclü iqtisadi əsaslar güclü ordunun əsas dayağıdır. Dövlət siyasətimiz bu istiqamətdə öz fəaliyyətini xüsusilə tənzimləyir.
Mənzər Ağabəyova,
Xəzər rayonu, 156 nömrəli tam orta məktəbin müəllimi