
30 illik işğal dövründə Ermənistan işğal altında saxladığı Azərbaycan torpaqlarında mədəni və dini irsimizi məqsədli şəkildə məhv etmişdi. Məscidlərimiz təhqir olunmuş, muzeylərimiz qarət edilmiş, tarihi abidələrimiz dağıdılmışdı. 27 sentyabrda başlayan Zəfər yürüşü bu mədəni soyqırıma son qoydu.
Torpaqlarımız azad edildikdən sonra həmin ərazilərdə dərhal bərpa və yenidenqurma işlərinə başlanıldı. Şuşada, Ağdamda, Zəngilanda və digər rayonlarımızda tarihi-dini abidələrimiz, məscidlərimiz Heydər Əliyev Fondu tərəfindən orijinal siması saxlamaqla bərpa olunur.
Mədəni irsimizin dirçəldilməsi xalqımızın mənəvi qələbəsidir. İşğaldan azad edilmiş torpaqlarda yenidən azan səslərinin ucalması, mədəniyyət festivallarının keçirilməsi şəhidlərimizin ruhuna ən böyük ehtiramdır. Biz öz mədəniyyətimizi doğma torpaqlarımıza qaytardıq.
Anım Günü bizə həm də mədəni dəyərlərimizi qorumağın vacibliyini xatırladır. Şəhidlərimiz yalnız torpağı deyil, həm də tariximizi və mədəniyyətimizi azad etdilər. Bu irsi qorumaq və gələcək nəsillərə ötürmək bizim müqəddəs borcumuzdur.
Nazlı Ələkbərova,
YAP Nizami rayon təşkilatının fəalı



