Mart soyqırımı xalqımızın qan yaddaşına çevrilən hadisə
1918-ci ilin martından başlayaraq Azərbycan xalqına qarşı törədilmiş uzun illər boyu hüquqi–siyasi qiymətini almamış tariximizin ən faciəli səhifələrindən biri soyqırımı faciəsidir. Bu faciəvi hadisələrin ildönümü 1998-ci ildən başlayaraq hər il 31 mart tarixində dövlət səviyyəsində qeyd olunur. Həmin gün soyqırımı qurbanlarının anma tədbiri keçirilir, Dünya ictimaiyyətinin diqqəti xalqımıza qarşı aparılan cinayətkar siyasətə yönəlir. Eyni zamanda qeyd olunmalıdır ki xalqımıza qarşı baş vermiş bu faciələrin tarixi uzun müddət olsa da yalnız son illərdə Azərbaycan rəhbərliyinin qətiyyəti sayəsində əsl həqiqətlər üzə çıxarılmışdır. Bu işdə hər bir Azərbaycan vətəndaşının xarici ölkələrdə yaşayan Azərbaycan icmalarının üzərinə böyül məsuliyyət düşür. Xalqımıza qarşı törədilmiş vəhşilikləri real faktlar ,dəlillər əsasında dünya billiyinə çatdırmaq,ona hüquqi–siyasi qiymət verdirmək nə qədər çətin olsa da şərəfli və müqəddəs iş kimi bu gün də gələcəkdə də davam etdirilməlidir.
Erməni millətçiləri tarixin müxtəlif mərhələlərində “Böyük Ermənistan” ideyasını gerçəkləşdirmək məqsədi ilə xalqımıza qarşı etnik təmizləmə,soyqırım,deportasiya siyasəti həyata keçirmişlər. Bu faciələrdən ən dəhşətlisi 1818-ci il mart-aprel aylarında Bakı Sovetinin mandatı altında daşnaq–bolşevik silahlı dəstələri tərəfindən törədilmiş kütləvi qırğınlardır.İlk öncə Bakıda 3 gün ərzində 12 mindən çox dinc əhali qadinlar,uşaqlar,qocalar qətlə yetirilmiş,etnik mənsubiyyətinə görə bu qətliamlar Qarabağ, Naxçıvan, Şamaxı, Quba, Xaçmaz, Lənkəran, Səlyan, Zəngəzur və digər bölgələrdə də amansızlıqla həyata keçirilmiş,n30 mindən çox insan qətlə yetirilmiş,10 minlərlə insan isə yurdlarından qovulmuşlar. Qırğınlar baş verdiyi əırazilərdə təkcə əhali deyil,yaşayış məntəqələri,tarixi və mədəni abidələr,məscidlər qəbrstanlıqlar vəhçicəsinə dağıdılmışdır. Azərbaycanlılarla yanaşı minlərlə ləzgi,yəhudi,talış,avar millətinə mənsub insanlar da vəhçicəsinə qətlə yetirimişlər. Dinc Azərbaycanlıların qırğınında Bakı Sovetinin 6 min, ”Daşmaqsutyun”partiyasının 4 min silahlı dəstəsi erməni silahlı bolşeviklərin köməyi ilə azərbaycanlılar yaşayan bölgələrə qəfil hücumlar edərək uşaqdan böyüyə bütün insanları qətlə yetirmişlər. Törədilən bu cinayətlər ilk vaxtlar sovet dövründə ört basdır edilmişdir. Ekspertlərin rəyinə görə isə təkcə Şamaxıda 7 mindən çox ,o cümlədən 1653 qadın, 965 uşağın öldürüldüyü məlum olub. Şamaxı qəzasınin 120 kəndinin 85-i erməni təcavüzünə məruz qalmışdır.
Ötən əsrin 90-ci illərindən etibarən yerli tədqiqatçılar Şamaxı hadisələri ilə əlaqədar tədqiqqatlar aparmışlar. Onların araşdırmaları nəticəsində məlum olub ki,erməni cinayətkarlar Şamaxı çəhərində 14-16 min, onun 40 kəndində isə 8 mindən çox əhalini qətlə yetirmişllər. Didərgin düşənlərin sayı isə 18 min olub. Daha sonra Qubada 2900 nəfər, Quba qəzasında öldürülənlərin sayı isə 4000 nəfərdən artıq olduğu qeyd olunur. Bu hadisələr nəticəsində Quba qəzasının 122 kəndi tamamilə dağıdılmış, 2750–dən çox ev isə yandırılmışdır.Araşdırmalar nəticəsində məlum olmuşdir ki, Qubada qətlə yetirilən insanlarda güllə yeri yoxdur. Bu isə onu deməyə əsas verir ki, insanlar küt alətlərlə balta,ilə qətlə yetirilmiş,bir sıra insanların mismar və xəncərlə öldürüldüyü məlum olmuşdir. Xüsusi qədarlıqla qətlə yetirilən insanlar quyulara doldurulmişdirlar.
Cümhuriyyət zamanında bu hadisələri tədqiq etməyə cəht göstərsələr də sonradan işlər yarımçıq qalmış, Azərbaycanın işğalı ilə əaqədar Cümhuriyyət devrilmişdir. Yalnız Ulu Öndərin hakimiyyətə qayıdışı nəticəsində 1998-ci il martın 26-da “Azərbaycanlılarlın soyqırımı” haqqında fərman verilmiş,bu fərmana əsasən hər il martın 31-i “Azərbaycanlıların Soyqırımı Günü “elan edilmişdir.Bu fərmandan sonra məsələ ilə bağlı araşdırmalara təkan vermiş,həqiqətin üzə çıxarilması ilə əlaqədar yeni faktlar aşkar edilmişdir.Bu fərmandan sonra bu tarixin öyrənulməsi istiqanətində ciddi araşdırmalar aparılmışdır. Quba şəhərində kütləvi məzarlıq aşkar edlmiş,üzə çıxmış yeni faktlar baş vermiş faciənin miqyasının daha dəhşətli və böyük olduğunu sübut etmişdir. 2007-ci ilin aprelində Quba stadionunun təmiri ilə əlaqədar aparılan qazıntı işlıəri zamanı kütləvi məzarlıq aşkarlandı. Burada 500-dək insan kəlləsi aşkarlandı.onlardan 50 dən çoxu uşaqlara, 100 dən çoxu isə qaınlara məxsus idi. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev 30 dekabr 2009 cu il tarixli sərəncamı ilə “Quba şəhərində “Soyqırım memorial kompleksi”nin yaradılması barədə qərar vermişdir.2013-cü il sentyabrın 18-də kompleksin açılışı oldu.
Prezident İlhan Əliyev Soyqırımı memorial kompleksinin açılışı zamanı demişdir: ”1918-ci il mart-iyul ayalrında erməni quldur dəstələri Azərbaycanın demək olar ki, bütün ərazisində dinc əhaliyə qarşı soyqırımı törətmişlər. Beş ay ərzində 50 mindən çox soydaşımız erməni faşizmininin qurbanı olmuşdur. Bakıda, Qubada, Şamaxıda Qusarda ,İrəvanda, Naxçıvanda, Zəngəzurda, Qarabağda Lənkəranda ,demək olar ki bütün Azərbaycan torpaqlarında bizə qarşı soyqırımı törədilmişdir. Bakı soyqırımı, Quba soyqırımı ikinci dünya müharibəsində erməni faşizminin törətdiyi cinayətlər və keçən əsrin sonlarında növbəti dəfə ermıni faşizminin təzhürləri Azərbaycan tarix elmində geniş şəkildə tədqiq edilməlidir”.
Bu gün Azərbaycan öz torpaqlarını erməni qudurlarından azad edən müzəffər Ali baş komandana, Müzəffər orduya malik qüdrətli bir dövlətə çevrilmişdirAzad edilmiş torpaqlarda dinc quruculuq və bərpa işləri gedir. Qaçqınlar və məcburi köckünlər öz tarixi ,doğma yurdlarına qayıdırlar. Bütün bunlara baxmayaraq tarixin qan yaddaşı heç vaxt unudulmamalı,xalqımız o cümlədən gələcək nəsillər keçmişimizi daha şəffaf bilməli, faciələrin bir daha təkrarlanmaması üçün əllərindən gələni əsirgəməməlidirlər.
Əliyev Elçin,
Xəzər rayonu, 26№li tam orta məktəbin müəllimi