Analitika

Macarıstan işğaldan azad olunmuş Qarabağ torpaqlarında aparılan bərpa-quruculuq işlərində yaxından iştirak edəcək

Azərbaycan və Macarıstan ikitərəfli münasibətləri günü-gündən inkişaf edir. Hər iki ölkə bir çox beynəlxalq təşkilatda uğurla təmsil olunmaqla yanaşı, beynəlxalq müstəvidə bir-birlərinə qarşılıqlı dəstək nümayiş etdirirlər. Bu baxımdan deməliyik ki, Azərbaycan Macarıstanın Cənubi Qafqazda, Xəzər hövzəsi regionunda və Türk dünyasında, Macarıstan isə Avropada ölkəmiz üçün siyasi, iqtisadi, humanitar sahələr başda olmaqla bir çox istiqamətlərdə strateji tərəfdaşlardan biridir. Azərbaycan dövlət müstəqilliyini bərpa etdikdən sonra Macarıstan ölkəmizin dövlət müstəqilliyini tanıyan ilk dövlətlərdən biridir. Bu fakt özlüyündə iki ölkə arasında tarixdən gələn dostluq münasibətlərinin bariz örnəyidir. Bu gün də iki dost ölkə arasında münasibətlər ortaq strateji hədəflərə əsaslanaraq uğurla inkişaf edir. Bu baxımdan ölkə Başçısı cənab Prezident İlham Əliyevin Macarıstana səfəri və səfər çərçivəsində imzalanan sənədlər iki ölkə arasında münasibətlərin inkişafında yeni mərhələnin başlanğıcı olacaqdır. Azərbaycanın ərazi bütövlüyünü dəstəklədiyini bütün dövrlərdə əməldə sübut edən rəsmi Macarıstan işğaldan azad olunmuş Qarabağ torpaqlarında aparılan bərpa-quruculuq işlərində yaxından iştirak edir. Macarıstan işğaldan azad edilmiş ərazilərimizdə minatəmizləmə fəaliyyətinə dəstək məqsədilə könüllü töhfə olaraq 25.000 avro ianə edib.Göründüyü kimi, Azərbaycan-Macarıstan ticari əlaqələrinin daha da inkişaf etdirilməsi üçün sistemli iş aparılır. Bu məqsədlə hər iki ölkə siyasi və iqtisadi münasibətlərlə yanaşı, enerji, nəqliyyat və logistika sahəsində də əməkdaşlığa böyük önəm verir.Ona görə də Prezident İlham Əliyevin Macarıstana dördüncü səfəri Bakı-Budapeşt əlaqələrində yeni mərhələnin başlanğıcı hesab olunur. Səfərin məqsədi ölkələrimiz arasında yüksək səviyyədə olan əlaqələrin daha da inkişafına və qarşılıqlı maraq doğuran sahələrdə əməkdaşlığın gücləndirilməsinə töhfə verməkdir. Əlaqələrin möhkəmləndirilməsi məqsədi ilə Azərbaycan Prezidenti İlham Əliyev və Macarıstanın Baş naziri Viktor Orban Azərbaycan Respublikası ilə Macarıstan arasında genişləndirilmiş strateji tərəfdaşlıq haqqında Birgə Bəyannaməni imzalayıblar. Xüsusilə vurğulanmalıdır ki, genişləndirilmiş strateji tərəfdaşlıq haqqında Birgə Bəyannaməni tərəflər ikitərəfli əməkdaşlığın bütün sahələri, həmçinin beynəlxalq və regional məsələlər üzrə strateji dialoqu davam etdirməyə hazırlıqlarını ifadə edirlər. Azərbaycan-Macarıstan əlaqələri etibarlı tərəfdaşlıq əlaqələrinə, mehriban dostluq münasibətlərinə söykənir. İmzalanmış Bəyannamələr, həyata keçirilən çox mühüm layihələr, qarşıya qoyulan yeni vəzifələr deməyə imkan verir ki, Azərbaycan – Macarıstan əlaqələri artıq strateji tərəfdaşlığa çevrilmişdir və hər iki dövlət bu tərəfdaşlıqdan ölkələrin inkişafı üçün faydalanacaqlar”.Prezidentin bu səfərinin iki ölkə arasında əməkdaşlığa böyük töhfə verəcəyini, dostluq münasibətlərimizi daha da möhkəmləndirəcəyini əminliklə deyə bilərik.

Günel Əbdürəhmanova,
YAP-ın gənc fəalı

Oxşar Xəbərlər

Back to top button