Macarıstan Azərbaycanla enerji sahəsində əməkdaşlığa olduqca mühüm önəm verir
Azərbaycan – Macarıstan münasibətləri dostluğa, qardaşlığa, dövlətlərin və xalqların firavanlığına, inkişafına əsaslanır. Qarşılıqlı əməkdaşlıq bu gün də davam edir və hər iki ölkə əlaqələrin daha da möhkəmləndirilməsi üçün ciddi tədbirlər həyata keçirməkdədir.Azərbaycan Prezidenti İlham Əliyev Budapeştdə Macarıstanın Baş naziri Viktor Orban ilə birgə mətbuata bəyanatında bildirib.Dövlətimizin başçısı deyib ki, dəmir yolları vasitəsilə Macarıstandan Azərbaycana, Azərbaycandan Macarıstana yüklərin ötürülməsinə başlanılıb, bu layihənin böyük potensialı var, çünki Rusiya-Ukrayna müharibəsindən sonra Azərbaycan ərazisindən keçən yüklərin həcmi kəskin artıb.“Təkcə keçən il tranzit yüklərin həcmi 75 faiz artmışdır. Azərbaycanda mövcud müasir nəqliyyat infrastrukturu – istər tankerlər, gəmilər olsun, istər böyük dəniz ticarəti limanı olsun, dəmir yolları olsun, bunlar hamısı müasirdir və bütün lazımi tələblərə cavab verir. Ona görə Azərbaycan açıq dənizlərə çıxışı olmayan ölkə olsa da, hesab edirəm ki, Avrasiyanın önəmli nəqliyyat-logistika mərkəzlərinin birinə çevrilə bilər. Burada Avropa ölkələri ilə və xüsusilə bizim üçün Avropa İttifaqı arasında ən yaxın tərəfdaşlarımızdan biri olan Macarıstanla əməkdaşlıq üçün çox yaxşı imkanlar var” Azərbaycan – Macarıstan əlaqələri artıq strateji tərəfdaşlığa çevrilmişdir və hər iki dövlət bu tərəfdaşlıqdan ölkələrin inkişafı üçün faydalanacaqlar. Macarıstan üçün Avropa ilə Asiya arasında körpü rolunu oynayan, olduqca strateji coğrafi mövqeyə, təbii resurslara və geniş logistik imkanlara malik olan dost və qardaş ölkədir. Hər iki ölkənin strateji hədəfləri, həmçinin Azərbaycan və Macarıstan liderlərinin qarşılıqlı əlaqələrin inkişafı ilə bağlı yürütdükləri siyasət iqtisadi-siyasi münasibətlərin daha üstün bir səviyyəyə daşınmasına imkan verir. Prezident İlham Əliyevin Macarıstana səfəri çərçivəsində imzalanan sənədlər, o cümlədən genişləndirilmiş strateji tərəfdaşlıq haqqında Birgə Bəyannamə qarşılıqlı münasibətlərin yeni bir mərhələyə daşındığını təsdiqləyir. Prezident İlham Əliyevin Azərbaycanın müttəfiqlərinin, dostlarının sayının daha da artması, ölkəmizin beynəlxalq müstəvidə mövqelərinin möhkəmləndirilməsi istiqamətində yürütdüyü siyasətin nəticəsidir. Prezident İlham Əliyevin dost ölkə Macarıstana səfəri ölkələrimiz arasında əlaqələrin genişləndirilməsi, dostluq münasibətlərinin daha da möhkəmləndirilməsi baxımından mühüm əhəmiyyət kəsb edir. Əminliklə deyə bilərik ki, bu səfər iki ölkə arasında münasibətlərin inkişafında yeni mərhələnin başlanğıcı olacaqdır.
Bədiyyə Sadıqova ,
YAP-ın gənc fəalı