DünyaGündəm

Lukaşenkonun Estoniyaya girişi qadağan olundu

Estoniya hökuməti Belarus Prezidenti Aleksandr Lukaşenkonun, o cümlədən 273 vətəndaşının ölkəyə girişinə müddətsiz qadağa qoyulması barədə qərar qəbul edib.

Aktualinfo.az TASS-a istinadən xəbər verir ki, bu barədə Estoniya Xarici İşlər Nazirliyi məlumat yayıb.

“Sanksiyaların tətbiqindən təxminən 5 il keçsə də, Belarusda müsbət dəyişikliklər baş verməyib”, – Estoniya XİN rəhbəri Marqus Tsaxkna bildirib.

Qadağa siyahısına Lukaşenkodan başqa, ölkənin yüksəkrütbəli məmurları, hakimləri və təhlükəsizlik işçiləri də daxildir.

Qeyd edək ki, rəsmi Tallin 2020-ci ildə Minskə qarşı sanksiyalar tətbiq edib.

Oxşar Xəbərlər

Back to top button